Icma.az
close
up
RU
Azərbaycanda böyük tikinti layihələrində işləmiş Türkiyə vətəndaşı niyə cəzalandırıldı?

Azərbaycanda böyük tikinti layihələrində işləmiş Türkiyə vətəndaşı niyə cəzalandırıldı?

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

20 ilə yaxındır Azərbaycanda yaşayan və burada böyük tikinti layihələrində fəaliyyət göstərən Türkiyə vətəndaşı Ali Destan cinayət məsuliyyətinə cəlb edilib. İndiyə qədər “Alov Qüllələri”, Bakı Olimpiya Stadionu, Heydər Əliyev adına Bakı Hava Limanı, Heydər Əliyev Mərkəzi və başqa layihələrdə sahə rəisi, anbar müdiri və s. vəzifələrdə işləmiş Ali Destan Füzulidə baş vermiş hadisəyə görə cəzalandırılıb.

Bizimyol.info xəbər verir ki, Füzuli şəhərində Model X şirkəti tərəfindən uşaq bağçası inşa olunur. Ali Destan da orada mülki tikinti/hidravlika üzrə mühəndis vəzifəsində işləyir.

Binanın ikinci mərtəbəsində tikintidə çalışan fəhlələrdən biri – Əli təmizlik işləri apararkən ayağı havalandırma üçün nəzərdə tutulmuş boşluğun üstündəki taxtaya toxunub. Taxta sürüşüb və fəhlə həmin boşluqdan birinci mərtəbəyə yıxılıb. Fəhlə ciddi xəsarət alıb.

Bu hadisə ilə əlaqədar 54 yaşlı Ali Destan cinayət məsuliyyətinə cəlb edilib. Həbs edilməsə də, ona qarşı Cinayət Məcəlləsinin 222-ci (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. O, özünü təqsirli bilmir. Deyir ki, işlədiyi şirkət subpodratçı kimi sifarişçi olan “Lukoil” şirkəti ilə bağlanmış müqavilə əsasında Füzuli şəhərində 2 mərtəbəli uşaq bağçasının tikintisi ilə məşğuldur.

Şirkətin mühəndisi texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları üzrə təlimat keçib. Özü də mütəmadi bütün fəhlələrin yanına gedib, onların hansı qaydada işi görməsi ilə maraqlanıb. O, hesab edir ki, Əlinin sürüşüb havalandırma üçün nəzərdə tutularaq tikilməmiş döşəmə boşluğundan yıxılması inandırıcı deyil. Onun sözlərinə görə, arakəsmə olduğuna görə Əlinin ayaqlarını tam görməsə də, yerə əyildiyini görüb. Təxminən bir neçə saniyə sonra isə yıxılmasının səsini eşidib. Hesab edir ki, Əli taxtanı götürdüyü yerdən yıxılıb.

Zərərçəkmiş ondan şikayətçi olmayıb.

Məhkəmə ona qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 1 il islah işləri cəzası verib.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Avqust 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri