Azərbaycanda bu federasiyanın fəaliyyətinə icazə verildi
Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycan Reqbi Federasiyası” İB-in “respublika idman federasiyası” statusu təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında qərar qəbul olunub. Federasiyanın inkişaf etdirdiyi idman növü və fənləri ölkə ərazisində yayılan idman növü kimi tanınıb.
Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda 2025-ci il üçün idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin siyahısı və ilin təqvim planı müzakirə edilərək təsdiqlənib.
Toplantıda “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən yaradıcı və istedadlı gənclərin mükafatlandırılması Qaydası” qəbul edilib.
İclasda həmçinin “İdman Paytaxtı – Quba" layihəsinin illik hesabatı dinlənilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 30 Yanvar 2025 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















