Telekommunikasiya şirkətləri birləşdirilir? RƏSMİ AÇIQLAMA
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az Plat.az-a istinadən xəbər verir ki, bu çərçivədə “Azərpoçt”, “Azərkosmos”, “Aztelekom”, “AzInTelecom” və “Azercell” şirkətləri arasında vahid satış prinsipinin tətbiqi nəzərdən keçirilir.
Bununla yanaşı, sözügedən şirkətlərin maliyyə departamentlərinin də vahid çətir altında fəaliyyətinin təmin edilməsi istiqamətində müzakirələr aparılır.
Məsələ ilə bağlı sorğumuza cavab olaraq AZCON-dan bildirilib ki, Holding-in rəqəmsal ekosisteminə daxil olan şirkətlərdə mövcud imkanlardan səmərəli istifadə, texnoloji həllərin tətbiqi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir:
"Bu yanaşmanın əsas məqsədi xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq, müştəri təcrübəsini yaxşılaşdırmaq, əməliyyat səmərəliliyini yüksəltmək və rəqəmsal transformasiya proseslərinə uyğun inkişaf üçün əlverişli şərait yaratmaqdır.
Rəqəmsal ekosistemin formalaşdırılması şirkətlər arasında əməkdaşlığın genişləndirilməsinə, mövcud resurs və təcrübədən daha səmərəli istifadəyə, eləcə də qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə yönəlib".
"Şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi bu gün etibarlı və keyfiyyətli xidmətlərin təqdim edilməsinə, eyni zamanda, biznesin və ölkənin gələcək ehtiyaclarına cavab verən innovativ rəqəmsal həllərin hazırlanmasına və yeni imkanların formalaşdırılmasına töhfə verəcək", - deyə AZCON-un məlumatında bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Oktyabr 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















