Icma.az
close
up
RU
Bu məktəblər birləşdirilir? Rəsmi AÇIQLAMA

Bu məktəblər birləşdirilir? Rəsmi AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biləsuvar rayonunun Zəhmətabad kəndində fəaliyyət göstərən iki məktəbin birləşdirilməsi ilə bağlı yayılan xəbərlər müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən Redaktor.az-a verilən məlumata görə, təhsil müəssisələrində optimallaşdırma tədbirlərinin əsas məqsədlərindən biri resursların daha effektiv istifadəsidir: "Bu zaman şagird sayı az olan məktəblərin saxlanılması böyük maliyyə xərcləri tələb edir və optimallaşdırma ilə bu xərclər azaldılaraq dövlət büdcəsinə qənaət oluna bilər. Digər məqsəd təhsil keyfiyyətinin yüksəldilməsidir ki, az sayda şagirdlə fəaliyyət göstərən məktəblərdə müəllimlərin peşəkarlığına uyğun tədris təşkil etmək çətin olur. Şagirdlər daha yaxşı şəraitə malik məktəblərdə təhsil alarsa, bu, nəticələrə müsbət təsir göstərə bilər".

İdarənin açıqlamasında qeyd olunub ki, Biləsuvar rayon Zəhmətabad kəndində yerləşən iki məktəb arasında 1 km məsafə var: "Biləsuvar rayonu Zəhmətabad kəndində iki ümumtəhsil məktəbi var ki, bunlar Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbi və Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbidir.

Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbi 170 şagird yerlik olmaqla 1964-cü ildə yaradılıb, hazırda 328 nəfər şagird 6 günlük və iki növbəli iş rejimində təhsil alır.  Binanın maddi infrastrukturu və maddi texniki bazası qənaətbəxş səviyyədə deyil. Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbi isə 1980-ci ildə yaradılmış, 420 şagird yerlik birtipli ikimərtəbəli tədris binasında 335 nəfər şagird 6 günlük və ikinövbəli iş rejimində təhsil alır. Binanın infrastrukturu və maddi-texniki bazası digər məktəblə müqayisədə qənaətbəxşdir". 

Açıqlamada həmçinin qeyd olunub ki, hazırda Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbinin optimallaşdırılması ilə bağlı bütün məqamlar təhlil edilir: "Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbinin fəaliyyəti dayandırılarsa, şagirdlərin digər məktəbə yerləşdirilməsi, məsafə, məktəbin pedaqoji və texniki heyətinin işlə təmin olunması, məktəb şagirdlərinin digər məktəbə köçürülməsi zamanı tədrisin keyfiyyətinə necə təsir etməsi və s. kimi məsələlər təhlil edilir. Bu təhlillər nəticəsində məktəbin optimallaşdırılması barədə yekun qərar veriləcək və hələ ki optimallaşdırma barədə qərar yoxdur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Aprel 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see359

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see264

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see258

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see234

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see226

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see219

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see216

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see178

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see178

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see176

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see166

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see165

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see163

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see161

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see160

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see159

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see157

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see156

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see152

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri