Icma.az
close
up
RU
Azərbaycanda bu şəxslərə əlavə pensiya TƏYİN OLUNACAQ? DİQQƏT

Azərbaycanda bu şəxslərə əlavə pensiya TƏYİN OLUNACAQ? DİQQƏT

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə “Ailə ili” çərçivəsində evdar qadınlara sosial təminat və pensiya hüququnun verilməsi istiqamətində atılan addımlar bölgədə geniş maraq doğurub. Bu təşəbbüs evdə əvəzsiz əməyini sərf edən qadınların sosial rifahının gücləndirilməsini hədəfləyir. Bənzər bir modelin Azərbaycanda da tətbiqi imkanları isə müzakirə olunur. Qadınların sosial müdafiəsinin gücləndirilməsi və ailədaxili əməklərinin tanınması istiqamətində hansı addımların atıla biləcəyi aktual suallardandır.

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov News24.az-a açıqlamasında bildirib ki, məsələnin fərqli tərəfləri var:

"Ümumiyyətlə, bu məsələ ilə bağlı fərqli yanaşmalar var. Bir çox inkişaf etmiş ölkələr artıq evdar xanımların ev şəraitində gündəlik fəaliyyətini əmək fəaliyyəti hesab edirlər və buna müvafiq olaraq da onların iqtisadi dəyər yaratdıqlarının qənaətindədirlər. Bunun müxtəlif ölçmə meyarları da vardır. Evdar xanım olmaq o demək deyil ki, onlar iqtisadiyyatda iştirak etmir, sadəcə bu əlavə dəyərin yaradılmasının görülməyən tərəfidir. Beləki, onlar ev işləri görürlər, uşaqların qayğısına qalırlar, təsərrüfat işlərinə yardım edirlər. Bütün bunlar görülməsə məcburən ailə bu xidmətləri almalıdır və bunun müqabilin də ödəniş etməlidir. Bu anspektlə yanaşsaq evdar xanımlara pensiya hüqüqunun yaranması sosial hüqüqlarının təmin edilməsi baxımından gündəmə gələ biləcək mövzudur". 

İqtisadçı qeyd edib ki, mövcud pensiya sistemini sizin zəhmət haqqınızdan tutulan faizlərlə həmin vəsaitin bir hissəsinin sizə qaytarılması formasında özünü əks etdirir. Lakin evdar xanımların rəsmi gəlirləri olmadığına görə faiz tutumu olmur:

"Burada müəyyən qədər hüquqi və mənəvi ziddiyyətli məqamlar ortaya çıxa bilər. İşləyən insanlar etiraz edə bilər ki, biz işləyirik və bunun müqabilində pensiya alırıq. Uzunmüddətli dövrdə əmək bazarının leqallaşmasına ciddi neqativ təsir göstərən amilə çevrilə bilər. Ölkəmizdə faktiki olaraq müəyyən yaşa çatdıqdan sonra insanlar yaşlılıq müavinəti deyilən pensiya hüququ əldə edir, o cümlədən, xanımlar da daxil olmaqla. Bununla pensiya arasında ciddi bir fərq yoxdur. Burada əsas müzakirə olunan məsələ,  minimum pensiyanin ahıllıq düvründə rifahı normal şəkildə təmin etmək üçün yetərli olub-olmaması Azərbaycanda daha aktual mövzudur".

Nuray Əyyubova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Aprel 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri