Azərbaycanda bu tələblər sərtləşdirilir
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda fərdi məlumatların və məxfiliyin mühafizəsi sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə yeni tədbirlər paketi hazırlanır.
Bakupost.az Report-a istinadən xəbər verir ki, internet xidməti təminatçılarına şamil ediləcək məlumat təhlükəsizliyi sahəsində qanuni tələblərin möhkəmləndirilməsi nəzərdə tutulur.
Bu istiqamətdə vasitəçi şirkətlərin öhdəlikləri, məlumatların toplanması prosesinə tətbiq olunan məhdudiyyətlər, kompensasiya mexanizmləri, həmçinin digər hüquqi tələblər üzrə müvafiq normativ aktların işlənib hazırlanması planlaşdırılır.
Bununla yanaşı, məlumatların məxfiliyinin pozulması zamanı baş verən insidentlərin internet provayderləri tərəfindən aidiyyəti səlahiyyətli qurumlara məlumat verilməsi mexanizminin daha da dəqiqləşdirilməsi gözlənilir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş layihələrin hazırlanması da nəzərdə tutulub. Qeyd olunan tədbirlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Elektron Təhlükəsizlik Xidməti tərəfindən 2026-cı ilin dekabr ayınadək icra olunması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 09 Aprel 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















