Icma.az
close
up
RU
Azərbaycanda çay və qəhvəyə olan tələbat rekord həddə çatıb

Azərbaycanda çay və qəhvəyə olan tələbat rekord həddə çatıb

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında apardığı təhlil göstərir ki, son 5 ildə Azərbaycanda qəhvə, çay, kakao və ədviyyatın pərakəndə satışı ilə bağlı ən yüksək göstərici 2024-cü ildə qeydə alınıb.

“Qafqazinfo” “tehlil.az”a istinadən xəbər verir ki, ötən il Azərbaycanda qəhvə, çay, kakao və ədviyyatın pərakəndə satışı 524,2 milyon manat (524 207 700 manat) təşkil edib. Bu, 2023-cü ilə nisbətən 2,2% və ya 11,2 milyon manat (11 201 200 manat) daha çox olub.

Son 5 ildə azalma yalnız 2021-ci ildə qeydə alınıb ki, buna səbəb “COVID-19” pandemiyası olub.

Məlumat üçün bildirək ki, 2021-ci ildə ölkədə qəhvə, çay, kakao və ədviyyatın pərakəndə satışı 5,9% və ya 21,5 milyon manat (21 490 000 manat) azalaraq 342,1 milyon manat (342 055 400 manat) təşkil edib.

Daha dəqiq desək, ötən il Azərbaycanda qəhvə, çay, kakao və ədviyyatın pərakəndə satışı 524,2 milyon manat (524 207 700 manat) təşkil edib. Bu, 2023-cü ilə nisbətən 2,2% və ya 11,2 milyon manat (11 201 200 manat) daha çox olub.

Son 5 ildə azalma yalnız 2021-ci ildə qeydə alınıb ki, buna səbəb “COVID-19” pandemiyası olub.

Məlumat üçün bildirək ki, 2021-ci ildə ölkədə qəhvə, çay, kakao və ədviyyatın pərakəndə satışı 5,9% və ya 21,5 milyon manat (21 490 000 manat) azalaraq 342,1 milyon manat (342 055 400 manat) təşkil edib.

Şri-Lanka qara çayı ("Seylon çayı" kimi tanınır) dünya üzrə ən keyfiyyətli qara çay növlərindən biri hesab olunur və Azərbaycan bazarında da geniş yayılıb. Məhz bunun nəticəsidir ki, 2024-cü ildə ölkəmizə gətirilən qara çayın 76,16%-ni Şri-Lanka çayı təşkil edib. Onun həcmi 56,98 milyon dollara (56 975 070 dollar) bərabər olub.

Ölkəmizə 8,5 milyon dollar (8 498 610 dollar) həcmində qara çay ixrac edən şimal qonşumuz Rusiya ikinci sırada yer alıb. Rusiyadan gətirilən qara çayın həcmi ümumi qara çay idxalının 11,36%-ni təşkil edib.

Qeyd edək ki, Rusiya özü ixrac edə biləcək həcmdə qara çay istehsal etmir, lakin Hindistan, Şri-Lanka və Keniya kimi ölkələrdən qara çay idxal edib, onları brendləşdirərək digər ölkələrə ixrac edir.

8,6% ilə Hindistan üçüncü sıranı tutub. 2024-cü ildə Azərbaycan Hindistandan 6,44 milyon dollar (6 435 990 dollar) həcmində qara çay idxal edib. Yerdə qalan 2,9 milyon dollar (3,87%) həcmində qara çay isə digər ölkələrdən idxal olunub.

Qara çaydan fərqli olaraq ölkəmizdə yaşıl çaya tələbat daha azdır. Yalnız sağlam həyat tərzinə üstünlük verən insanlar onu faydalı içki kimi qəbul edirlər. Buna baxmayaraq 2024-cü ildə yaşıl çayın idxal həcmi rekord həddə çatıb. Belə ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrdən 1 681,4 min dollar (1 681 360 dollar) həcmində yaşıl çay idxal edib. Bu, əvvəlki ilə nisbətən 28,2% və ya 369,7 min dollar (369 690 dollar) çoxdur.

Yaşıl çay ölkəmizə əsasən Rusiyadan gətirilir. Daha öncə də qeyd etdiyimiz kimi, Rusiya əsasən çayı idxal edib paketləyərək ixrac edən ölkə rolunda çıxış edir. 2024-cü il ərzində Rusiyadan ölkəmizə 613,4 min dollar (613 380 dollar) həcmində yaşıl çay gətirilib ki, bu ümumi yaşıl çay idxalının 36,48%-ni təşkil edir.

İkinci sırada isə yaşıl çayın vətəni sayılan Çin yer alır. Çindən ölkəmizə gətirilən yaşıl çayın payı isə ümumi idxalın 30,05%-ni təşkil edib. Qeyd edək ki, bu 505,2 min dollar (505 180 dollar) dəyərində yaşıl çay deməkdir.

Növbəti üç sırada isə ardıcıl olaraq Şri-Lanka, BƏƏ və Türkiyə yer alıb.

Yaşıl çay ölkəmizə əsasən Rusiyadan gətirilir. Daha öncə də qeyd etdiyimiz kimi, Rusiya əsasən çayı idxal edib paketləyərək ixrac edən ölkə rolunda çıxış edir. 2024-cü il ərzində Rusiyadan ölkəmizə 613,4 min dollar (613 380 dollar) həcmində yaşıl çay gətirilib ki, bu ümumi yaşıl çay idxalının 36,48%-ni təşkil edir.

İkinci sırada isə yaşıl çayın vətəni sayılan Çin yer alır. Çindən ölkəmizə gətirilən yaşıl çayın payı isə ümumi idxalın 30,05%-ni təşkil edib. Qeyd edək ki, bu 505,2 min dollar (505 180 dollar) dəyərində yaşıl çay deməkdir.

Növbəti üç sırada isə ardıcıl olaraq Şri-Lanka, BƏƏ və Türkiyə yer alıb.

Azərbaycanın xarici ölkələrdən idxal etdiyi qəhvə həcmində ilk sıranı ölkəmizin ən böyük ticarət tərəfdaşı olan İtaliya tutur. İtaliya qəhvə yetişdirməsə də, dünya üzrə qəhvə emalı sahəsində lider ölkələrdən sayılır. 2024-cü ildə ölkəmizə İtaliyadan 1,88 milyon dollar (1 875 910 dollar) həcmində qəhvə gətirilib ki, bu da ümumi qəhvə idxalının 30,63%-ni təşkil edir.

İkinci sırada isə dünyanın ən böyük qəhvə istehsalçısı və ixracatçısı olan Braziliya yer alır. Bu ölkədən 2024-cü ildə idxal olunan qəhvə ümumi qəhvə idxalının 16,69%-nə bərabərdir. Pul vahidi ilə desək ölkəmizə Braziliyadan 1,02 milyon dollar (1 022 340 dollar) həcmində qəhvə idxal olunub.

Üçüncü sırada isə qardaş ölkə Türkiyə yer alır. Türkiyədən il ərzində 0,8 milyon dollar (802 720 dollar) həcmində qəhvə idxal olunub ki, bu da ümumi qəhvə idxalının 13,11%-ni təşkil edir.

Qalan 2,42 milyon dollar (2 423 850 dollar) həcmində qəhvə digər ölkələrdən idxal olunub.

Faizlə desək, ümumi idxalın 39,57%-i digər ölkələrin - əsasən, Niderland (326,1 min dollar), Birləşmiş Krallıq (260,8 min dollar), Rusiya (244,0 min dollar), Həbəşistan (221,4 min dollar), BƏƏ (219,1 min dollar), Kanada (208,9 min dollar), Kolumbiya (207,8 min dollar) və Avstraliya (201,0 min dollar) kimi ölkələrin payına düşür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Aprel 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri