Icma.az
close
up
RU
Zelenski: Aİ nin 19 cu sanksiya paketi Rusiya üçün müharibə aparmaq imkanlarını məhdudlaşdırır

Zelenski: Aİ nin 19 cu sanksiya paketi Rusiya üçün müharibə aparmaq imkanlarını məhdudlaşdırır

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa İttifaqına və Aİ-yə üzv bütün ölkələrə, Rusiya Federasiyasına qarşı 19-cu sanksiya paketinin təsdiqlənməsi ilə əlaqədar təşəkkürünü bildirib.

Bizimyol.info xəbər verir ki, prezident verdiyi açıqlamaya görə, yeni tədbirlər Rusiya tərəfindən aparılan hərbi əməliyyatları dəstəkləyən əsas sahələri məhdudlaşdırır.

"O məhdudiyyətlər məhz o sahələri əhatə edir ki, bunlar Moskvaya bu müharibəni davam etdirməyə kömək edir: neft və qaz sektoru, kölgə donanması, hərbi-industrial kompleks", – deyə dövlət başçısı özünün "Telegram" kanalında yazıb.

Zelenski həmçinin, ilk dəfə olaraq sanksiya siyahısına Rusiya tərəfindən mövcud məhdudiyyətləri aşmaq üçün istifadə edilən kriptovalyuta platformalarının və sxemlərinin daxil edildiyini vurğulayıb.

Prezident, müttəfiqlərin əlaqələndirilmiş fəaliyyətlərinin əhəmiyyətini də qeyd edib. "Vacibdir ki, Avropa İttifaqı, Böyük Britaniya və Amerika sinxron şəkildə fəaliyyət göstərir, Rusiya üzərində təzyiqi artırır və bizim hamımız üçün lazım olan sülhü yaxınlaşdırır", - deyə bildirib.

Vladimir Zelenski Ukraynanın sanksiya təzyiqinin gücləndirilməsini tələb etməyə davam edəcəyini bildirib: "Sanksiya təzyiqi daha da artırılmalıdır və biz bunu Brüsseldə tərəfdaşlarımızla müzakirə edəcəyik", – deyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, 23 oktyabrda Ukrayna Prezidenti Brüsseldə Avropa Şurasının iclasına şəxsi olaraq qatılacaq.

19-cu sanksiya paketinə nələr daxildir

Avropa İttifaqının rəsmi jurnalında 23 oktyabrda Rusiyaya qarşı yeni, 19-cu sanksiya paketi dərc edilib. Bu paket, Kremlə gəlirləri azaltmağa və məhdudiyyətlərin üçüncü ölkələr vasitəsilə aşılmasının qarşısını almağa yönəlib.

Sanksiya siyahısına Rusiya hərbi və sənaye kompleksini dəstəkləyən 45 şirkət daxil edilib. Bunlardan 12-si Çin və Honq Konqdan olan şirkətlərdir.

Sanksiya altına düşən şəxslər

Avropa İttifaqı 20 rusiyalıya qarşı məhdudiyyətlər tətbiq edib. Siyahıya daxil olanlar:

"AvtoVAZ"ın prezidenti Maksim Sokolov;Rusiya Təhlükəsizlik Şurasının müavini Oleg Osipov;Rusiya Ali İqtisad Məktəbinin rektoru Nikita Anisimov;"Tarixi Yaddaş" fondu direktoru Aleksandr Dyukov;"Yunaramiya"nın baş qərargahının rəisi Vladislav Qolovinin;Regional nazirlər və ombudsmanlar;"Qara siyahılarda" olan şirkətlərin rəhbərləri;Koreya Xalq Ordusunun general-leytenantı Tsə En Bom və başqaları.

Yeni Avropa sanksiyaları Rusiyanın enerji, bank və texnologiya sektorlarını hədəf alacaq və bu sahələr Rusiya ordusuna kömək edir.

LNG İxracı

Avropa İttifaqı, Rusiyadan sıxlaşdırılmış təbii qazın (LNG) idxalını qadağan edəcək və yeni ticarət məhdudiyyətləri tətbiq edəcək. Bundan əlavə, hər hansı texniki və maliyyə xidmətləri təmin edilməsi də qadağan ediləcək.

Bundan əlavə, "Rosneft" və "Gazpromneft" kimi iki böyük Rusiya neft şirkəti ilə əməliyyatlar qadağan ediləcək. Həmçinin, "kölgə donanması"na aid əlavə 118 gəmi də sanksiyaya daxil edilib.

Bundan əlavə, Rusiyanın sənaye gücünü artıran metallar, keramik, rezin məmulatları və tikinti materialları ixracına məhdudiyyətlər qoyulacaq.

Maliyyə və Kriptovalyuta İnfrastrukturuna qarşı Sanksiyalar

Rusiya bankları və Mərkəzi Bankın ödəmə sistemlərinə qoşulmuş təşkilatlarla maliyyə əməliyyatlarının qadağan edilməsi genişləndirilib. Kripto xidmətləri və elektron ödəniş xidmətləri təklif edən şirkətlər də sanksiya siyahısına daxil edilib. Yeni maliyyə strukturlarına 8 yeni qurum əlavə edilib.

Turizm və Texnologiya Sektorunda Məhdudiyyətlər

Rusiya vətəndaşlarına bəzi kommersiya və turizm xidmətləri təqdim edilməsi qadağan ediləcək. Bu qadağa tur operatorları, geoloji tədqiqat və texniki məsləhət xidmətlərini əhatə edir. Ayrıca, xüsusi iqtisadi zonalarda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq da məhdudlaşdırılacaq.

Diplomatik Məhdudiyyətlər

Rusiya diplomatları artıq Şengen zonasındakı hərəkətləri haqqında rəsmi xəbərdarlıq etməli olacaqlar. Həmçinin, Avropa şirkətlərinin Rusiya bazarından çıxması üçün müddət uzadılıb.

Maliyyə və Ödəmə İnstitutlarına Nəzarət

Yeni sanksiyalar, Avropa İttifaqından kənarda yerləşən, sanksiya altına alınan şəxslərə xidmət göstərən kripto və ödəmə xidmətləri təşkilatları ilə hər hansı əməliyyatları qadağan edir. 24 oktyabr 2025-ci ilə qədər bağlanmış müqavilələrə istisnalar tətbiq ediləcək.

Xüsusi İqtisadi Zonalarla Bağlı Məhdudiyyətlər

Rusiya Federasiyasının xüsusi iqtisadi, innovativ və preferensial zonalarına aid hüquqi şəxslərə yatırım etməyi məhdudlaşdırır. 25 yanvardan etibarən, bu zonalarla əlaqəli olan mövcud payların, müqavilələrin və iştirakların saxlanması qadağan ediləcək.

Xidmətlər, Proqramlar və Məsləhət Xidmətlərinə Məhdudiyyətlər

Yeni paket, hüquqi, audit, məsləhət, IT xidmətləri və süni intellekt (AI) və kvant hesablama sahəsindəki xidmətlərin Rusiya hökuməti və Rusiya təşkilatlarına təqdim edilməsini qadağan edir. İstisnalar yalnız məhkəmə müdafiəsi hüququnu qorumaq məqsədilə mümkündür.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Oktyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri