Icma.az
close
up
RU
Pedaqoji Universitetin “Peşəkar təcrübə proqramı”nın növbəti buraxılışının məzunları təltif olunub

Pedaqoji Universitetin “Peşəkar təcrübə proqramı”nın növbəti buraxılışının məzunları təltif olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPUSİM) tərəfindən həyata keçirilən “Peşəkar təcrübə proqramı”nın (PTP) 2-ci çağırışının yekunlaşması ilə bağlı görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov bu proqramın tələbələrə və məzunlara nəzəri biliklərini real iş mühitində tətbiq etmək, analitik düşünmə və təşkilatçılıq bacarıqlarını inkişaf etdirmək imkanı yaratdığını söyləyib. Rektor bu cür təşəbbüslərin universitetin insan kapitalının formalaşmasına, gənclərin elmi və idarəetmə proseslərinə cəlb olunmasına mühüm töhfə verdiyini qeyd edib. C.Cəfərov proqramın həm təcrübəçilər, həm də universitet üçün qarşılıqlı öyrənmə və inkişaf platforması olduğunu diqqətə çatdırıb. O, təcrübəçilərin layihələrin icrası, analitik təhlil və hesabatların hazırlanmasında fəal iştirakının universitetin strateji məqsədlərinə töhfə verdiyini, proqramın gənclərin təşəbbüskarlıq və məsuliyyət hissini daha da gücləndirdiyini bildirib.

Strateji inkişaf məsələləri üzrə prorektor Könül Pireverdiyeva proqramın məqsədləri, həyata keçirilmə mexanizmi və nəticələri barədə məlumat verib. Prorektor bildirib ki, ADPU-nun “Azərbaycan Dövlət Pedaqoji Universitetinin struktur bölmələrində peşəkar təcrübə proqramının təşkili” Qaydasına uyğun olaraq həyata keçirilən proqram magistratura və doktorantura səviyyəsində təhsil alan və ya məzun olmuş şəxslərin real iş mühitinə inteqrasiyasına dəstək məqsədi daşıyır. Proqram çərçivəsində təcrübəçilər ADPU-nun Strateji İnkişaf Mərkəzinin müxtəlif fəaliyyət istiqamətləri üzrə tapşırıqları yerinə yetirib, universitetin strateji inkişaf planının təhlili, akkreditasiya hesabatlarının hazırlanması, layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr sahəsində praktik biliklər əldə ediblər. Onlar, həmçinin “Məktəb liderliyi” və “Məktəbəqədər təhsildə liderlik” proqramları kimi layihələrin təşkilinə dəstək göstərib, maarifləndirici materialların hazırlanması və mərkəzin sosial media resursları üçün məzmun yaradılmasında iştirak ediblər.

Daha sonra proqramı uğurla başa vuran 6 nəfər təcrübəçiyə şəhadətnamələr təqdim olunub. Onların təəssüratları və təklifləri dinlənilib. Görüş müzakirələrlə davam edib.

Qeyd edək ki, proqrama ümumilikdə 50-dən çox şəxs müraciət edib və müsahibə mərhələsindən keçən 6 nəfər 3 aylıq (260 saat) təcrübə proqramını uğurla başa vurublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri