Icma.az
close
up
RU
Azərbaycanda çevriliş planı: kimə hansı vəzifə həvalə edilibmiş? Sensasion yazı

Azərbaycanda çevriliş planı: kimə hansı vəzifə həvalə edilibmiş? Sensasion yazı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2013-cü ilin 7 iyununda VHP-nin qərargahına 200-ə yaxın siyasətçi yığışıb, Milli Şuranı elan edirdi. Müxbir kimi iştirak etdiyim təsis iclasında kəskin münasibətlər və gərginlik ön planda idi. Leyla Yunusun vahid namizəd təklifi (Rüstəm İbrahimbəyovu təklif etdi) aləmi necə qatdısa, Arif Hacılı, Əvəz Temirxan və Novella Cəfəroğlu kəskin münasibət bildirdi.

129 nəfərlik MŞ üzvünün təsis və təsdiqi ilə ortaya çıxan hibrid qurumda yer alan illərin siyasi alverçiləri, tamamilə əks cəbhələrdə yer alan şəxslərin iştirakı və elə təsis tədbirində meydana çıxan ziddiyyətlər göstərirdi ki, MŞ yaxın zamanlarda intihar edəcək.

İclasın gedişində xüsusi fərqlənən Leyla Yunusla, rəhbərlik və liderlik uğrunda savaşan İsa Qəmbərlə Əli Kərimlinin, okeanın digər tərəfindən MŞ-a qoşulan Rəsul Quliyevin virtual varlığı, oyundankənar vəziyyətə düşən digər müxalif simaların iddiaları ilk iclasdan əlbəyaxa qarşıdurmalara qədər irəlilədi.

Bağ evində toplantı

Həmin ilin mayından İbrahimbəyovun Novxanıda bağ evindən başlayan  (Lipki-Alekseevskoye və s.  kimi “sad”ların siyasətdəki yeri də bir başqa mövzudur) təmasların təsis konfransına qədər davam edən marafonu daxili proseslərdə intriqantların və narsistlərin ziddiyyətli münasibətləri ilə yadda qaldı.

Təsis günlərindən bir neçə ay sonra bakir Milli Şuranın qət-təzə üzvü,  Müsavat Partiyasının Mərkəzi Aparatının rəhbəri Arif Hacılı Milli Şuranı tərk etdiyini açıqlamışdı.

Hacılı “Aznews” saytına müsahibəsində deyib: “Bu mövzu ilə bağlı müzakirələrdən uzaqlaşıram. Ölkəmin gələcəyi üçün özümü məsuliyyətli hiss edirəm”.

Qorxulu ssenari… 

Haclının o dönəmdə aznews.az saytına verdiyi açıqlamalardakı sözləri çox manidar idi: “Milli Şura” adlanan qurum nəyin bahasına olursa olsun hakimiyyətə gəlməyə can atan insanlardan ibarətdir. Mən belə bir işdə yer almaq istəmirəm”.

12 il sonra baş verənlərə dair istər-istəməz suallar yaranır:

– Arif Hacılı “Ölkəmin gələcəyi üçün özümü məsuliyyətli hiss edirəm” cümləsinin altında yatan məntiq nə idi?

– “Milli Şura nəyin bahasına hakimiyyətə gəlməyi” düşünürdü ki, bu, qorxulu ssenari Arif Hacılı üçün belə qəbuledilməz idi?

Kimə hansı vəzifə həvalə edilmişdi?

Onu da bildirək ki, keçmiş spiker Rəsul Quliyev və ssenarist Rüstəm İbrahimbəyov da bu təşəbbüsün fəal iştirakçılarından idilər və hər iki şəxsin Azərbaycanda yaşamaması, birinin maliyyə, digərinin nüfuz təsirləri necə ortaq bir mərkəzə gətirə bilmişdi ki, iki rəqib siyasi qütb (ABŞ və Rusiya) “Prezident Əliyevə qarşı birlikdə iştirak edir” görüntüsünü verməyə çalışmışdılar.

Elə isə günümüzdə Mehdiyevçilik üzərindən başlayan xəyanət tablosunda yer alanların etirafları daha da işıq sala bilərmi ki, bu günlərdə sabiq spiker Rəsul Quliyevin Azərbaycana gəlişi nəzərdə tutulur kimi xəbərlər oxuyuruq.

Qoy elə sabiq spiker burdan başlasın və dövlətə xidmətini göstərsin ki, rus planı olan İbrahimbəyovun tablosunda o nə edirdi? Ssenarinin detallarına nələr daxil idi və Milli Şuradan kimə hansı vəzifələr həvalə edilmişdi?

Qərb iddiasının təkzibi

Ayrıca, bəzi müxalif (Mehdiyevin əl müxalifəti) simaların indi Rusiya adından qaçmağa və bu projeni inkar etməyə çalışması, ona ümummüxalif görüntüsü verməsinin də ifşası asanlıqla mümkündür.

Biz axı indi daha rahat görürük ki, keçən 12 ildə kim hansı qüvvələrə mənsub imiş və MŞ birbaşa Rusiya layihəsi olub, Qərbə zorla bağlamağa ehtiyac qalmır. Çünki o zamanlar indi həbsdə olan  Bəxtiyar Hacıyev ABŞ-a səfəri zamanı səsləndirdiyi bəyanatı da misal çəkmək yerinə düşər. Onun sözlərinə görə, Qərb Milli Şuranın yaradılması ideyasını ciddi qəbul etmir.

Müxalifət “fəal”ı vurğulayıb ki, həm Vaşinqton, həm də London Milli Şuranı “arzuolunmaz təşkilat” hesab edir. O, bu təşkilatda iştirak etməməsini Qərbdən gələn tövsiyə ilə izah edib.

Xatırladaq ki, müxalif REAL hərəkatı da bundan əvvəl Milli Şuranın işində yer almaq istəmədiyini bəyan etmişdi.

REAL-la bağlı Natiq Cəfərlinin mövqe bildirməsi kifayət qədər maraqlı olardı.

Əziz Əlibəyli
Beynəlxalq münasibətlər üzrə ekspert 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri