Icma.az
close
up
RU
Azərbaycanda daha bir ŞOK OLAY Atanın bacısı oğluna nişanladığı qızı EVDƏN qaçdı

Azərbaycanda daha bir ŞOK OLAY Atanın bacısı oğluna nişanladığı qızı EVDƏN qaçdı

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar az qala hər gün evini tərk edən, ailəsindən qaçan yeniyetmələrlə bağlı xəbər alırıq. Duyğusal dəyişiklik, şəxsiyyət axtarışı, sosial adaptasiya problemləri, ailə mühitindəki anlaşılmazlıqlar, psixoloji təzyiqlər, cəmiyyətin sərtı təpkisi və s. amillər səbəbindən uşaqların ailədən qopması, evdən uzaqlaşması cəmiyyəti ən çox narahat edən məsələlərdən biridir.
Onların böyüklərinin danlağından, təhər-töhmətindən canını qurtarmaq, tək yaşamaq, müstəqil olmaq, "özüm bilərəm, mənim işimə qarışmasınlar" düşüncəsi ilə həyatını təhlükəyə atıb onu nə gözlədiyini, sonrakı aqibətinin necə olacağını düşünmədən addım atması hər kəsi mütəəssir edir.
Bəs, bu asi, üsyankar balacaları bədəli ağır olan yanlış addımlardan necə qorumalıyıq? Valideynlər onlarla necə davranmalıdır ki, evdən qaçmasınlar?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, belə hadisələrin kökündə valideynlərin uşaqlarına laqeyd və yanlış münasibəti dayanır:

“Yeniyetmə uşaqların evdən qaçmasının ən əsas səbəbi ailələrdə olan davranışlar, uşaqlara olan münasibətdir. Diqqət, sevgi, qayğı əksikliyi, önəmsənilməməsidir. Onların problemlərini araşdırmamaq, istəklərinə biganəlikdir. Oxuduğu məktəblə ünsiyyətin zəif olmasıdır. Uşaqların sosial şəbəkələrdə nələrə baxdığına nəzarət etməməkdir.

Nəticədə uşaq o diqqəti evdən kənarda, sosial şəbəkədə axtarır, müxtəlif insanlarla tanış olur. Elə son üç gün ərzində bizim sığınacağa yerləşdirilən qızların əksəriyyəti sosial şəbəkədə tanış olduğu insanlarla münasibətin acısını yaşayanlardır. Bu tanışlıqlar seksual hərəkətlərə, uyğun olmayan davranışlara, evdən qaçmağa, erkən yaşda "ərə gedirəm" kimi acı nəticələrə, qarşı tərəfin cinayət törətməsinə gətirib çıxarır. Nəticədə uşağın həyatı mənfi səmtə istiqamətlənir. Bu baxımdan burada ən önəmli məsələ ailədə valideynin təlim-tərbiyəsinin yanlış, ailə dəyərlərinin doğru olmamasıdır".
Kəmalə Ağazadə söhbət əsnasında Tovuzda 13 yaşlı yeniyetmənin evdən qaçması mövzusuna da toxunub:
"Tovuz hadisəsində də uğursuz, yarımçıq ailə modeli var. Təbii ki, bu, uşağa təsir edir. Hardan bilək, bəlkə o uşağa məktəbdə hansısa yoldaşı, yaxud kimsə qınaq edib, qürurunu aşğılayacaq söz deyib? Yaxud qulağı belə bir söz çalıb, davranışda kimsə ona irad bildirib? Bizim bunlardan xəbərimiz yoxdur. Sonra da deyirik, uşaq niyə gəlib bu vəziyyətə düşüb? Uşaqların evdən qaçmaması ailəyə bağlıdır. Ailəsi ona "mən sənin dostunam, rəfiqənəm" deməyəndə azyaşlıda "məni anlamırlar, başa düşmədilər, ən düzün mən bilirəm, dostum, rəfiqəm bilir" fikri formalaşır.
Kəmalə Ağazadənin fikrincə, bu gün cəmiyyətimizdəki uğursuz ailələrin bədəlini uşaqlar ödəyir:
“Mən belə hallarda günahı daha çox təsadüfi münasibətlər səbəbindən dünyaya gətirdikləri uşaqları ilə maraqlanmayan valideynlərdə görürəm. Təəssüf ki, burda qadınlar çoxluq təşkil edir. Bu gün bir insanla münasibətinin gələcəyini görmürsənsə, demək, ondan dünyaya uşaq gətirməməlisən. "Eybi yox, uşağımız olandan sonra düzələcək" deyirsənsə, demək, bir balanı böyük təhlükə ilə üz-üzə qoyursan. Çox təəssüf ki, əksəriyyət belədir".
Birlik sədri deyir ki, bu məsələdə bölgələrdəki sosial qurumların üzərinə ciddi iş düşür:
"Dünən sığınacağa bir valideyn gəlib. Qızı bizdədir. Uşaq 8-ci sinifdən məktəbə getməyib. Atası deyir ki, "sosial şəbəkədə bir oğlanla danışdığına görə onu məktəbdən çıxardım. Qərara aldım ki, bacım oğluna verim. Ailə arasında nişan elədik". Onların bu uğursuz qərarının, nişanın nəticəsi nə oldu? Qız bu gün sığınacaqdadır. Çünki uşaq evdən qaçıb. Səbəbləri araşdıranda görürük uşaq 4 il qabaq anasını itirib. Ona diqqət edən olmayıb. Ərazidə bir psixoloq uşaqla maraqlanmayıb. Sığınacaqlarda reabilitasiyaya gələn qızların əksəriyyəti regionlardan Bakıya üz tutanlardır, orda baş verən hadisələrin qurbanlarıdır. Çünki uşaqlarla heç kim işləmir.

Biz dəfələrlə təklif eləmişik ki, həssas dediyimiz ailələrlə ciddi iş aparılsın. Elə o anası dünyasını dəyişmiş uşaqla icra hakimiyyətinin psixoloqu, yaxud məktəb psixoloqu danışdımı? Onun hansı problemi olduğunu araşdırdımı? Yox! Bax, bunlar hamısı yığılır və o travmalar qızların evdən qaçmasına gətirib çıxarır.

Bir məqamı da vurğulayım, azyaşlıların evdən qaçma və intihara cəhd halları daha çox yaz-payız fəslində olur. “Qan qaynayan”, yəni hormonların sürətlənən dövrüdür. Bunların hamısının diqqətə alınması, uşaqlara nəzarət edilməsinin vacibliyini çox ailələr dərk etmir. Ona görə də bu yöndə məlumatlandırmaq üçün davamlı olaraq iş aparılmalıdır".
Kəmalə Ağazadə qeyd edib ki, regionlarda mütləq mərkəzlər yaradılmalıdır:
"Həmin mərkəzlərdə peşəkar psixoloq, loqoped və digər mütəxəssislər işləməlidir. Biz bu gün regionlarda çalışacaq sosial işçi tapa bilmirik.
Bölgələrdə uşaqlarla çalışıb gözəl nəticələri olan neçə sosial işçi, psixoloq, mütəxəssis adı çəkə bilərik? Amma hər il dövlət və özəl universitetlərin psixologiya, sosial iş fakultəsini bitirən neçə-neçə məzunlar var. Bizim sığınacaqlara təcrübə üçün gəlirlər. Aralarında bacarıqlı gənclər var. Onlar niyə bölgələrə getmir? Çünki orda ailələrlə işləyəcək mərkəzləri formalaşdırmaq lazımdır. Bizim ciddi problemlərimiz burdan qaynaqlanır".
Birlik sədri onu da qeyd edib ki, bu yöndə milli fəaliyyət planı hazırlanmalıdır:
"Bu gün sığınacağa daha bir 14 yaşlı qızı qəbul etmişik. Bu yeniyetmə öz istəyi ilə 17 yaşlı oğlanla münasibət qurub. Hazırda bu məsələ ilə bağlı istintaq gedir. Araşdırırıq ki, onu buna sövq edən, oğlanla münasibətə sürükləyən öz doğmaları olub. Onlara deyib ki, sizin aranızda münasibət olsa, heç kim sizə dəyməyəcək. İndi o gənc həbsə gedir, uşaq da reabilitasiyaya. Nə olacaq bunun axırı? Çünki mexanizmlərdə boşluqlar var.

Məncə, rayon icra hakimiyyətlərinin müvafiq komissiyalarının bu yöndə səlahiyyətləri artırılmalıdır. Sosial Xidmətlər Agentliyi o ailələrin dəyərləndirilməsini dərhal həyata keçirməlidir. Uşaq hüquqlarının müdafiəsinin daha da təkmilləşdirilməsi üçün mütləq milli fəaliyyət planı hazırlanmalıdır və burada koordinasiya işinə çox böyük önəm verilməlidir.

Bu gün uşaq müdafiəsi ilə bağlı Elm və Təhsil Nazirliyi, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Sosial Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyi, TƏBİB, Səhiyyə Nazirliyi iş aparır. Amma bu qurumların koordinasiyası üçün mütləq milli fəaliyyət planı və milli koordinator olmalıdır. O olarsa, biz daha çox qanunların işləmə mexanizminə nail ola bilərik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Aprel 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri