Icma.az
close
up
RU
Azərbaycanda distant iş rejimi genişlənəcək

Azərbaycanda distant iş rejimi genişlənəcək

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Son illərdə əmək münasibətlərində çevik iş modellərinə maraq artsa da, distant iş rejiminin Azərbaycanda tətbiqi hələ geniş yayılmayıb. Bu modelin hansı sahələrdə daha effektiv ola biləcəyi və gələcəkdə nə dərəcədə genişlənəcəyi müzakirə mövzusudur.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, distant və hibrid iş rejiminin geniş tətbiqi ilk növbədə bu sahədə ənənənin formalaşmasından asılıdır. Onun sözlərinə görə, Azərbaycanda artıq belə bir tendensiya müşahidə olunur və distant işin mərhələli şəkildə genişlənəcəyi gözlənilir. Deputat vurğulayıb ki, bunun üçün həm dövlət, həm də özəl sektorun yeni iş modelinə tam hazır olması vacibdir.

V.Bayramov qeyd edib ki, Avropa İttifaqı ölkələrinin təcrübəsində də distant iş modeli mərhələli şəkildə formalaşıb. COVID-19 pandemiyasından əvvəl az sayda şirkət bu iş rejimindən istifadə etsə də, hazırda əksər şirkətlər distant və ya hibrid modeli tətbiq edir. Deputatın fikrincə, bunun əsas səbəbi biznesin və dövlət qurumlarının zamanla yeni iş formasına uyğunlaşmasıdır.

Onun sözlərinə görə, Azərbaycanda da xüsusilə 2026-cı ildə distant işə üstünlük verən özəl sektor subyektlərinin sayında artım müşahidə olunur. Bununla yanaşı, dövlət qurumlarında çevik iş rejiminin sınaqdan keçirilməsinə başlanması da bu istiqamətdə yeni mərhələ hesab edilə bilər. Deputat gözləyir ki, növbəti mərhələdə bu modelin əhatə dairəsi daha da genişlənsin.

“Bu, artıq bir tələbdir. Qanunvericilikdə edilən dəyişikliklərin də məqsədi ondan ibarətdir ki, distant iş üçün hüquqi baza yaradılsın və bu ənənənin formalaşması sürətlənsin. Gözləntilərdən biri odur ki, növbəti illərdə distant iş rejimini tətbiq edən şirkətlərin sayında ciddi artım müşahidə olunacaq”, – Vüqar Bayramov bildirib.
Nicat Rüstəm

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Sentyabr 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri