Icma.az
close
up
RU
Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair İşçi Qrupun növbəti iclası keçirilib

Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair İşçi Qrupun növbəti iclası keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 25 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə ilin yekunlarına dair onlayn iclas keçirilib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, iclasda milli texniki reqlamentlərin hazırlanmasına məsul olan Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.

Görüşdə agentlik sədrinin müşaviri İlqar Həsənov, Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev, həmçinin müvafiq dövlət orqanları nümayəndələrinin çıxışları dinlənilib. Çıxışlar zamanı Dövlət Proqramından irəli gələn texniki reqlamentlərin və istinad standartlarının qəbuluna dair 2025-ci il üzrə iş planında nəzərdə tutulmuş tapşırıqların, o cümlədən müxtəlif dövlət orqanları tərəfindən hazırlanmış milli texniki reqlament layihələrinin icra statusu barədə məlumatlar diqqətə çatdırılıb. Eyni zamanda bu layihələrin hazırlanması və həyata keçirilməsi prosesində qarşıya çıxan çətinliklər ətrafında müzakirələr aparılıb.

Bundan əlavə, cari ildə agentlik və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə milli texniki reqlament layihələrinə dair keçirilmiş ictimai dinləmə və müzakirələrdən bəhs olunub. Bildirilib ki, daha əvvəl agentliyin rəsmi internet səhifəsi üzərindən texniki reqlament layihələri ilə bağlı maraqlı tərəflərin rəy və təklifləri alınaraq mütəmadi şəkildə aidiyyəti dövlət orqanlarına təqdim edilib.

Qeyd edək ki, İş Planına uyğun olaraq səlahiyyətli dövlət orqanları tərəfindən müxtəlif mal kateqoriyalarının təhlükəsizliyinə dair ümumilikdə 43 milli texniki reqlament layihəsi hazırlanıb. Sözügedən reqlamentlər ilkin mərhələdə əhali tərəfindən geniş istehlak olunan yuyucu vasitələri, ətriyyat-kosmetika, yanacaq və yüngül sənaye məhsulları, tikinti materialları, tütün, elektrotexnika və radioelektronika məmulatları, uşaq oyuncaqları, uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş məhsullar, mebel və digər qeyri-qida istehlak mallarını əhatə edir.

“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq olunub. Sözügedən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası üzrə əlaqələndirici qurum qismində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müəyyən edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri