Icma.az
close
up
RU
Azərbaycanda ən çirkli ərazilərin adı açıqlandı

Azərbaycanda ən çirkli ərazilərin adı açıqlandı

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda hava çirkliliyi məsələsi xüsusilə urbanizasiya və sənaye fəaliyyətinin sıx olduğu ərazilərdə daha kəskin şəkildə özünü göstərir. Statistik göstəricilər və ekoloji müşahidələrə əsasən bəzi bölgələr digərlərinə nisbətən daha yüksək çirklənmə səviyyəsi ilə fərqlənir. 
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, Azərbaycanda ən çox çirklənmiş ərazi Bakı-Abşeron yarımadasıdır:
"Çünki 150 illik neft və qaz hasilatı nəticəsində Bakı və Abşeron torpaqları neft məhsulları, lay suları, neftlə birlikdə çıxan qum və digər zəhərli maddələrlə həddindən artıq çirklənib. Bu, eyni zamanda Xəzər dənizinə də aiddir. Xəzər dənizi də Bakı-Abşeronda çıxarılan neft hesabına kifayət qədər çirklənib. Bakı-Abşeron bölgəsi, o cümlədən Sumqayıt, həddindən artıq çirklənmiş zonadır. Eyni zamanda neft-qaz sənayesindən başqa, urbanizasiyanın sürətlə artması və əhalinin şəhərə köçməsi nəticəsində Bakı şəhəri ən böyük sənaye mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb.
Kanalizasiya şəbəkəsinin yetərli olmaması, avtomobil nəqliyyatının sayının həddindən artıq çox olması və müxtəlif kiçik obyektlərin tikilməsi nəticəsində şəhərdə hava keyfiyyəti kifayət qədər pisləşib. Xüsusilə PM 2,5 və PM 10 aerozollarının, eləcə də azot oksidlərinin konsentrasiyası yüksəkdir. Bakı şəhərində həm hava, həm dəniz, həm torpaq, həm də su resurslarının çirklənmə səviyyəsi olduqca yüksəkdir.
Xüsusilə Bakının göllərindən Zığ gölü, Masazır gölü və müəyyən qədər təmizlənmiş Böyükşor gölü vaxtilə həddindən artıq çirklənib. Çünki həm kanalizasiya sularının, həm də neft-qaz hasilatı zamanı yaranan lay sularının və digər çirklənmiş suların Zığ gölünə axıdılması həmin ərazilərin ekoloji vəziyyətini ciddi şəkildə pisləşdirib. Bu zonalara Bibiheybət, Balaxanı və Suraxanı da daxildir. Həmin ərazilərdə müəyyən təmizləmə işləri aparılsa da, neft-qaz çirklənməsi hələ də kifayət qədər qalmaqdadır".
Ekoloq deyib ki, kinci problemli bölgə kənd təsərrüfatı əraziləridir:
"Burada xüsusilə Sovet dövründə pestisidlərdən, əsasən də DDT-dən həddindən artıq istifadə olunması nəticəsində Salyan və Ucar rayonlarında böyük həcmdə qalıqlar toplanıb. Xüsusilə Kür-Araz bölgəsində kənd təsərrüfatı torpaqlarının geniş yayılması səbəbindən DDT-dən çox istifadə olunub. Sonradan bu maddələr xüsusi mərkəzlərdə toplanıb. DDT-nin utilizasiyası mürəkkəb və çətin olduğuna görə həmin maddələr müəyyən ərazilərdə saxlanılıb ki, bu da torpaqların ciddi şəkildə çirklənməsinə səbəb olub. DDT və ümumilikdə pestisid problemi hələ də aktual olaraq qalır. Çünki onun utilizasiyası üçün müxtəlif metodlar mövcuddur və həmin metodların tətbiqi istiqamətində yollar axtarılır. Bu, çox bahalı layihədir. Azərbaycanda bu maddələrin utilizasiyası üçün imkan yoxdur və proses xaricdə həyata keçirilir. Bu da yüksək maliyyət tələb etdiyindən, hazırda həmin maddələr müxtəlif anbarlarda və saxlanma yerlərində utilizasiya növbəsini gözləyir. Son dövrlərdə onları sementlə qarışdıraraq yandırmaq yolu ilə utilizasiya etmək layihəsi həyata keçirilirdi. Lakin həmin layihənin nəticələri hələ məlum deyil. Buna görə də bu metodun effektiv olub-olmayacağı bilinmir".
O deyib ki, Azərbaycanda çaylar da ciddi şəkildə çirklənib:
"Kür və Araz beynəlxalq çaylardır. Onlar Azərbaycana həm Gürcüstan, həm də Ermənistan ərazisindən daxil olur və sənaye tullantıları ilə çirklənir. Kür-Araz hövzəsinin sularında müxtəlif metal qalıqları mövcuddur. Burada mis, molibden, dəmir, sink, xrom və nikel kimi metalların səviyyəsi yüksəkdir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həm Gürcüstandan Azərbaycana daxil olan hissədə, həm də Araz çayının Naxçıvan ərazisindən keçən hissəsində apardığı müşahidələrdə qeyd olunur. Daha çox çirklənən çaylardan biri də Oxçuçaydır. Bu çay da Azərbaycana digər ölkələrin ərazisindən daxil olur və tərkibi ciddi şəkildə çirklənir. Tovuzçay, Şəmkirçay, Gəncəçay və Kürəkçay da yüksək səviyyədə çirklənməyə məruz qalıb. Göllərdən isə Zığ gölü, Mazutlu gölü, Bülbülə gölü, Zabrat və Masazır gölləri həddindən artıq çirklənib.
Ümumilikdə Azərbaycanda, xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında çirklənmə səviyyəsi yüksək olaraq qalır", - deyə o fikrini yekunlaşdırıb.
Əfsanə Kamal 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyun 2026 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri