Icma.az
close
up
RU
Azərbaycanda Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi təqdim edilib

Azərbaycanda Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi təqdim edilib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində Beynəlxalq Enerji Agentliyi (İEA) ilə birgə təşkil edilmiş tədbirdə Azərbaycanda Enerji Səmərəliliyi Siyasəti üzrə Yol Xəritəsinin təqdimatı olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq səyləri dəstəklədiyini, istixana qazı emissiyalarını azaltmağı öhdəsinə götürdüyünü, hazırda yaşıl iqtisadiyyata keçidi sürətləndirmək, bərpa olunan enerji mənbələrinin payını artırmaq və enerji səmərəliliyini təmin etmək üçün ciddi addımlar atıldığını bildirib. Enerji səmərəliliyinin ölkənin enerji keçidi siyasətinin və strateji sənədlərinin əsas komponentlərindən biri olduğu, bu istiqamətdə hüquqi və tənzimləyici çərçivənin formalaşdırıldığı qeyd edilib.

Avropa İttifaqının EU4Energy proqramı çərçivəsində hazırlanmış və ümumilikdə ölkədə olan enerji səmərəliliyi siyasəti ilə bağlı mövcud vəziyyəti əks etdirən Yol Xəritəsinə əsasən Azərbaycanda çoxmənzilli yaşayış binalarında 50%-ə qədər enerji səmərəliliyi potensialı mövcuddur. Bu potensialın reallaşdırılması nəticəsində illik 4.2 milyard kubmetrədək qaza qənaət edilə, 10 milyon tonadək karbon emissiyası azaldıla və 125 min yeni iş yeri yaradıla bilər.

Tədbir enerji səmərəliliyi üzrə gələcək prioritetlər, qarşıda duran çağırışlar və həll yolları, beynəlxalq təcrübənin öyrənilməsi kimi mövzular üzrə panel müzakirələri ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Noyabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri