Icma.az
close
up
RU
Azərbaycanda əsəb xəstələri ən çox bu RAYONDADIR

Azərbaycanda əsəb xəstələri ən çox bu RAYONDADIR

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda əsəb və hissiyyat xəstəliklərindən əziyyət çəkənlərin sayı məlum olub.

News24.az xəbər verir ki, “modern.az” ölkə üzrə əsəb və hissiyyat xəstəliklərindən əziyyət çəkənlərin hansı bölgələrdə yaşadığını araşdırıb.

Ölkə üzrə ümumilikdə 296 min 225 nəfər əsəb sistemi və hissiyyat xəstəliklərindən əziyyət çəkir. Onların 124 min 391-i Bakı şəhərində yaşayır.

Paytaxt üzrə isə bu xəstəliklər ən çox Suraxanı rayonunda qeydə alınıb. Burada 16 min 869 nəfər əsəb xəstəsi var, şəhər üzrə ən az göstərici isə Pirallahı rayonundadır, rayonda ümumilikdə 127 nəfər əsəb xəstəliyi və hissiyyat orqanlarında xəstəliklərdən əziyyət çəkir.

Paytaxt üzrə digər rayonlarda:

Binəqədi rayonu 7 189

Xətai rayonu 14 116

Xəzər rayonu 14 684

Qaradağ rayonu 5 541

Nərimanov rayonu 10 175

Nəsimi rayonu 8 453

Nizami rayonu 13 045

Pirallahı rayonu 127

Sabunçu rayonu 12 187

Səbail rayonu 14 810

Suraxanı rayonu 16 869

Yasamal rayonu 7 195.

Naxçıvan Muxtar Respublikası

Muxtar Respublikada əsəb xəstəliklərindən əziyyət çəkənlərin ümumi sayı 5 min 72-dir. Onların əksəriyyəti – 1762-si Naxçıvan şəhərində yaşayır, ən az göstərici 97 ilə Babək rayonunun üzərinə düşür. Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərurda isə əsəb xəstəliyindən əziyyət çəkənlərin ortalama sayı 535-dir.

Əsəb və hissiyyat orqanları xəstəliklərindən ən çox əziyyət çəkənlər Qazax-Tovuz və Şəki-Zaqatala iqtisadi rayonundandır.

Ən yüksək göstəricilər

Qazax-Tovuz iqtisadi rayonunda əsəb xəstələrinin ümumi sayı 36 min 228-dir. Bu ərazidə əsəb xəstəliyindən əziyyət çəkən insanların əksəriyyəti Şəmkir rayonuna düşür. Burada 21 329 belə xəstə var ki, bu da 8 iqtisadi-rayonundan daha yüksək göstəricidir. Bölgədə ən az göstərici 1 783 ilə Ağstafa rayonudur. Bundan başqa Gədəbəy 1 876, Qazax 2 762, Tovuz rayonunda isə 8 478 əsəb və hissiyyat xəstəliklərindən əziyyət çəkir.

Abşeron–Xızı iqtisadi rayonunda isə ümumilikdə 27 239 belə xəstə yaşayır. Onların əksəriyyəti əhali sayına görə ölkədə ikinci şəhər olan Sumqayıtın üzərinə düşür. Burada əsəb və hissiyyat xəstəliklərindən əziyyət çəkənlərin sayı 19 min 998-dir. Abşeronda bu göstərici 4 min 680, Xızıda isə 2 min 561-dir.

Ən az göstəricilər

Şərqi Zəngəzur iqtisadi rayonunda ümumilikdə 1 458 nəfər əsəb və hissiyyat xəstəliklərindən əziyyət çəkən kimi qeydiyyatdadır. Onlardan 584-ü Kəlbəcər, 67-si Zəngilanın payına düşür. Bundan başqa Cəbrayıl 369, Qubadlı 218, Laçın rayonunda isə 220 əsəb xəstəliklərindən əziyyət çəkən şəxs var.

Şərqi Zəngəzurdan sonra ən az əsəb və hissiyyat xəstəliklərindən əziyyət çəkənlər Mil-Muğan ərazisində yaşayır. Burada ümumilikdə 3 min 702 əsəb xəstəsinin 1 599-u Sabirabad rayonunda yaşayır. Bundan başqa Beyləqanda yaşayan əsəb və hissiyyat xəstələrinin sayı 713, İmişlidə 531, Saatlıda isə 859-dur.

Əhalisinin sayında görə ən böyük şəhərlərimizdən biri olan Gəncədə 19 min 53 əsəb xəstəliklərindən əziyyət çəkən şəxs yaşayır. Qarabağda isə ən yüksək göstərici 1954 nəfərlə Ağdamdır.

Digər iqtisadi rayonlarda göstəricilər

Abşeron–Xızı iqtisadi rayonu - 27 239

Şəki - Zaqatala iqtisadi rayonu - 24 759

Gəncə - Daşkəsən iqtisadi rayonu - 23 603

Mərkəzi Aran iqtisadi rayonu - 13 832

Quba - Xaçmaz iqtisadi rayonu - 7 616

Lənkəran-Astara iqtisadi rayonu - 7 220

Dağlıq Şirvan iqtisadi rayonu - 6 859

Qarabağ iqtisadi rayonu - 6 778

Şirvan-Salyan iqtisadi rayonu - 5 272.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyun 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri