Icma.az
close
up
RU
Azərbaycanda ilk ecomX e ticarət proqramı uğurla başa çatdı

Azərbaycanda ilk ecomX e ticarət proqramı uğurla başa çatdı

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Potensialı yüksək olan ideyalara dəstək göstəriləcək – 30 000 AZN mükafat fondu. 16-20 e-ticarət layihəsinin inkişafına dəstək göstəriləcək. Üç ay davam edəcək inkubasiya dövründə ən uğurlu layihələrin sahibləri arasında 30 000 AZN mükafat fondu bölüşdürüləcək.

Azərbaycanda ilk dəfə təşkil olunan və 3 ay davam edən ecomX e-ticarət təlim və inkubasiya proqramının ilkin mərhələsi uğurla yekunlaşıb.

Proqram çərçivəsində Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərlərindən 180-dən artıq iştirakçı e-ticarət sahəsində ixtisaslaşmış yerli və beynəlxalq təlimçilərdən praktiki bilik və bacarıqlar əldə ediblər.

Təlim sessiyalarında iştirakçılara məhsul seçimi, onlayn mağazaların yaradılması və idarə olunması, rəqəmsal marketinq strategiyaları, eləcə də e-ticarət bizneslərinin böyüdülməsi və genişləndirilməsi yolları öyrədilib. Proqram, yalnız bilik ötürmə ilə kifayətlənməyərək, iştirakçılar üçün real biznesə keçid üçün effektiv platforma rolunu oynayıb.

Layihənin əsas məqsədlərindən biri regionlarda yaşayan vətəndaşlara e-ticarət bacarıqları qazandırmaq, rəqəmsal iqtisadiyyata inteqrasiyanı gücləndirmək və yeni iş yerlərinin yaradılmasına töhfə vermək olub.

Proqram çərçivəsində 36 saat onlayn və 4 şəhərdə ümumilikdə 12 canlı təlim keçirilib. Təlimi uğurla tamamlayan iştirakçılara isə Azərbaycanda ilk dəfə blokçeyn texnologiyası ilə qeydə alınmış xüsusi sertifikatlar təqdim edilib.

Növbəti mərhələdə, potensialı yüksək olan ideyalar arasından seçilmiş iştirakçılar ecomX inkubasiya proqramına dəvət olunacaq. Bu mərhələdə 16-20 e-ticarət layihəsinin inkişafına dəstək göstəriləcək. Üç ay davam edəcək inkubasiya dövründə ən uğurlu layihələrin sahibləri arasında 30 000 AZN mükafat fondu bölüşdürüləcək.

Sizi nələr gözləyir?

• 30 000 AZN mükafat fondu

• Minimum işlək məhsul (MVP) hazırlığı

• Peşəkar mentor dəstəyi

• Ekosistemlə tanışlıq və bazara çıxış dəstəyi

Kimlər iştirak edə bilər?

Bakı ilə yanaşı, ölkənin bütün regionlarından olan və regionlardan olan şəxslər iştirak edə bilər.

Son qeydiyyat tarixi: 10 may 2025

Qeydiyyat linki: https://forms.gle/vhpSde8DjxAbQLXd7 

ecomX proqramı Azərbaycan E-ticarət Birliyinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “SUP.az” və “BONPARA” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

EcomX, Azərbaycanda e-ticarət sahəsində yeni bir nəsil sahibkarların formalaşmasına və ölkənin rəqəmsal iqtisadiyyatının güclənməsinə xidmət edən mühüm bir platformaya çevrilməkdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 May 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see256

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see171

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see160

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see159

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see156

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri