Icma.az
close
up
RU
Azərbaycanda insanlar heyvanlar üçün olan kartofu yeyir?

Azərbaycanda insanlar heyvanlar üçün olan kartofu yeyir?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“2023-cü ilin yanvar-noyabr aylarında 49 min 476 hektar sahədə kartof əkilib. 

995 min 916 ton kartof tədarük olunub. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə həm əkin sahəsində, həm də məhsul olduğunu yığımında azalma deməkdir. 

Azərbaycanın kartofa olan illik daxili tələbatı 1 milyon tona yaxındır. 

Məntiqlə yerli tədarük hesabına daxili bazarın təlabatını tam ödəmək olar. 

Lakin məhsulun bioloji olaraq saxlanması çətindir və saxlanma soyuducuları da yetərli sayda deyil. Ona görə də ölkəmizdə tədarük edilən kartof əsasən xaricə ixrac edilir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib.

O bildirib ki, 2023-cü ildə Azərbaycandan təxminən 625 min 75 min ton kartof (38,42%artım) ixrac edilib:

“Yəni ölkə daxilində tədarük edilən kartofun 62 faizi Rusiya bazarları başda olmaqla xaricə satılıb.

Yenə də 2023-cü ilin statistikasına görə həmin il xaricdən Azərbaycana 226 min 906 ton kartof idxal edilib. 

Rəqəmlərdə uyğunsuzluq var. Ya daxildə tədarük edilən kartofun həcmi reallığı ifadə etmir, ya da ixrac və idxal edilən kartofla bağlı statistika.

“İrandan gətirilən 47 tondan çox kartof yararsız çıxdı" başlıqlı bir yazı diqqətimi çəkdi. İrandan Azərbaycana gətirilən 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb. 47 min ton kifayət qədər ciddi bir rəqəmdir. Yəni həqiqətənmi son günlər yol kənarlarında kisə ilə kiloqramı 40 qəpiyə təklif edilən kartoflar qida üçün yararsızdır. Bu haqda bir fikrim yoxdur. Lakin rəsmi açıqlamada deyilir ki, İrandan gətirilən 47 min tondan çox kartofda "kartof gövdə nematodu" aşkarlanıb”. 

O deyib ki, Azərbaycanın kartof idxalatında əsas yerlərdən birini tutuan İrandan Azərbaycana mətbəxdə istifadəyə yararsız kartofların külli miqdarda daxil olması hər zaman mümkündür: 

“Onu da qeyd edim ki, İran dünyada nişasta istehsal edən əsas ölkələrdən biridir. Eyni zamanda, heyvan yemlərinin hazırlanması üçün də böyük ərazilərdə kartof əkilir. 

İqtisadi sanksiyalar səbəbindən İran adətən sənayedə istifadə edilən nişastanı dünya bazarlarına çıxara bilmir. Bu zaman xarici bazarlara texniki məqsədlər üçün yetişdirilən kartof ixracatı artır. Azərbaycan da İrandan kartof ixrac edən əsas ölkələrdən biridir”.

Xəzər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Fevral 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri