Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünya Bankı yaxın 10-15 ildə inkişaf etməkdə olan ölkələrdə ciddi işsizlik problemi yaşanacağını bildirir. Mütəxəssislər bir sıra səbəbləri fərqləndirir. Ən öndə gələnlərdən biri süni zəkanın inkişafıdır. Bu amil nə qədər yaxına buraxılmasa da, reallığı qəbul etmək lazımdır. Süni zəka xeyli iş yerlərini sıradan çıxaracaq.
Mütəxəssislər süni zəka, avtomatlaşma ilə yanaşı, əhali artımını, təhsil ilə əmək bazarı arasındakı uyğunsuzluğu da vacib amillər kimi qeyd edir. Xüsusilə axırıncı nüans Azərbaycana aiddir. Ali təhsil müəssisələrindən məzun olanların işlə təminatı çox aşağı səviyyədədir. Hətta buna xüsusi nəzarətin olmadığını qeyd etmək olar. Yəni ayrıca mexanizm yoxdur. Universiteti bitirən şəxslər iş tapmaq üçün dəridən-qabıqdan çıxmalı olur.
Ümumiyyətlə, Azərbaycanda işsizliklə bağlı vəziyyət böhran həddindədir. Daha çox iş yerlərinin bağlanmasını müşahidə edirik. Məvaciblər aşağı səviyyədədir. Gənclər özünü ölkədə ifadə edə bilmədiyindən, xaricə üz tutur.
Rəsmi hesabatlarda cəmiyyətlə səmimi danışılmaması ayrıca problemdir. Heç kim inanmır ki, ölkədə işsizliyin səviyyəsi 5 faizdir. Təsəvvür edin, bu göstərici Finlandiyada 11,1, İsveçdə 9,7, Avstriyada 7,5-dir. Azərbaycanda 5 faiz söhbətinə kim inanar?!
İndi bizi bir az enerji gəlirlərinin iqtisadiyyata dəstək verməsi xilas edir. Gələcək dumanlı görünür. Dünya Bankının xəbərdarlığına ciddi yanaşmaq lazımdır. Neft gəlirləri həm də ölkənin gələcəyinə xidmət etməlidir.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 01 May 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















