Icma.az
close
up
RU
Azərbaycanda kursantların vəzifələri müəyyən olunur

Azərbaycanda kursantların vəzifələri müəyyən olunur

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda kursantların vəzifələri müəyyən olunur.

Bununla bağlı “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidməti Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna yeni hissə və maddələrin əlavə edilməsi təklif olunur.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, kursant dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməsinə, ona həvalə edilmiş vəzifələrin və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə, həmçinin öz silahına, ona tapşırılan döyüş və digər texnikanın vəziyyətinə cavabdeh olacaq. O, bilavasitə rəisinə tabedir.

Kursantın vəzifələrinə aşağıdakılar aiddir:

- Silahlı Qüvvələrin hərbi qulluqçusu kimi öz borcunu dərindən dərk etmək, Konstitusiyaya və qanunlara müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, hərbi andın və hərbi nizamnamələrin tələblərini sözsüz yerinə yetirmək, sayıq, namuslu və Azərbaycan dövlətinin mənafeyinə sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvəsini, hətta həyatını belə əsirgəməmək;

- hərb işini və peşə ixtisasını vicdanla öyrənmək, müəllimlərin, komandirlərin (rəislərin) ona öyrətdiklərini səylə yadda saxlamaq;

- təhsil proqramlarında (kurikulumlarda) nəzərdə tutulmuş imtahanları vermək;

- öz xidməti vəzifələrini nümunəvi yerinə yetirmək;

- hərbi nizamnamələrin tələblərini dərindən bilmək və vicdanla yerinə yetirmək;

- üzrsüz səbəblərdən dərsdən yayınmamaq, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

- komandirlərin (rəislərin) və müəllimlərin əmr, sərəncam, göstəriş və tapşırıqlarını sözsüz, dəqiq və vaxtında yerinə yetirmək, təhlükəsizlik qaydalarına ciddi riayət etmək;

- igid, cəsur və intizamlı olmaq, nalayiq hərəkətlər etməmək və kursant yoldaşlarını belə hərəkətlərdən çəkindirmək;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsinin və daxili intizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;

- öz silahını, həmçinin ona tapşırılan döyüş və digər texnikanı mükəmməl bilmək, həmişə saz və təmiz saxlamaq;

- dövlət sirrini qorumaq;

- komandirlərə (rəislərə), böyüklərə və müəllimlərə hörmət göstərmək, hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına riayət etmək, pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin rektoru (rəisi) daxil olmaqla, özünün birbaşa rəislərinin vəzifəsini, hərbi rütbəsini, adını və soyadını bilmək;

- dövlət əmlakını qorumaq, hərbi geyim formasını daşıma qaydalarına ciddi riayət etmək, hər gün təmizləmək və göstərilən yerdə saxlamaq;

- hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin əmlakına qayğı ilə yanaşmaq;

- şəxsi və ictimai gigiyena qaydalarına riayət etmək;

- silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə və başqa hallarda təhlükəsizlik tədbirlərinə, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi ərazidən kənara çıxmaq zərurəti olduqda, bilavasitə komandirindən icazə almaq və qayıtdıqdan sonra ona bu barədə məlumat vermək;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənarda özünü şərəfli və ləyaqətli aparmaq, ictimai asayişi pozmamaq və əhaliyə qarşı nalayiq hərəkətlərə yol verməmək;

- dövlət maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının fəal müdafiəçisi olmaq, özündə yüksək mənəvi keyfiyyətlər aşılamaq, dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək;

- ictimai asayiş normalarına zidd, əxlaqı pozan və xidməti vəzifələri yerinə yetirməyə mane olan hərəkətlərdən çəkinmək;

- böyük rəislərin göstərişi olmadan (xidməti zərurət istisna olmaqla) media subyektlərinə müsahibə və məlumat verməmək, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlarla əlaqə saxlamamaq.

Qanun layihəsinə əsasən, normativ hüquqi aktlarda və təhsil aldıqları hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələrində başqa qayda nəzərdə tutulmadıqda, kursantların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

Təklif edilən dəyişikliklərə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin ştat vahidlərinin sayına, komplektləşdirilmə səviyyəsinə və ya şəxsi heyətin yerləşmə şəraitinə görə təhsil müəssisəsində qarovul və daxili xidmət üzrə vəzifələri yerinə yetirən hərbi qulluqçuların sayı bu vəzifələrin icrası üçün kifayət etmədikdə, kursantların həmin vəzifələrin icrasına cəlb edilməsinə icazə verilə bilər. Bu zaman onlar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular, habelə təcrübələri və ya rütbələri yol verdikdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, gizirlər və miçmanlar üçün nəzərdə tutulmuş naryad heyətinə cəlb edilirlər./Report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Aprel 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri