Icma.az
close
up
RU
Kursantların vəzifələri, gizirlər, miçmanlar, zabitlərin hüquqları barədə dəyişikliklər qəbul edildi

Kursantların vəzifələri, gizirlər, miçmanlar, zabitlərin hüquqları barədə dəyişikliklər qəbul edildi

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisdə kursantların vəzifələri, gizirlər, miçmanlar, zabitlərin hüquqları haqqında bir sıra dəyişikliklər üçüncü oxunuşda qəbul edilib.

Oxu.Az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsi müzakirə olunub.

Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək. Bununla da, kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulacaq. Belə ki, kursantlar normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələri yerinə yetirəcəklər.

Bununla bərabər, qanuna əlavə edilməsi nəzərdə tutulan 48-1-ci maddəyə görə, "kursant" hərbi rütbəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlara (magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsil alanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğu gündən veriləcək.

Həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olana qədər "kursant" hərbi rütbəsindən yuxarı hərbi rütbə almış hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri saxlanılacaq və onlar kursantların hüquqlarından istifadə etməklə onların vəzifələrini yerinə yetirə biləcəklər.

Bundan başqa, normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda "kursant" hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın yaş hədlərinə uyğun hesablanır.

Layihəyə əsasən, gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbehi qaydasında həbs cəzasının tətbiqinə dair normalar ləğv olunur.

Qüvvədə olan qanunvericiliyə əsasən, rütbəsi böyük olanın yanında kiçikrütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyükrütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu həbs edə bilər. Belə hallarda kiçik zabitləri generalların və admiralların, gizirləri və miçmanları generalların, admiralların və baş zabitlərin, əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları vardır.

Həmçinin gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu siyahıdan çıxarılırlar, həbs edilməyəcəklər. Yəni rütbəsi böyük olanın yanında kiçikrütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyükrütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) həbs edə biləcək. Belə hallarda əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları olacaq.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 May 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri