Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Süni intellekt Avstraliya hökumətinə sızdı

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Kursantların vəzifələri müəyyən olunur

Kursantların vəzifələri müəyyən olunur

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda kursantların vəzifələri müəyyən olunur.

Axar.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidməti Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna yeni hissə və maddələrin əlavə edilməsi təklif olunur.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, kursant dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməsinə, ona həvalə edilmiş vəzifələrin və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə, həmçinin öz silahına, ona tapşırılan döyüş və digər texnikanın vəziyyətinə cavabdeh olacaq. O, bilavasitə rəisinə tabedir.

Kursantın vəzifələrinə aşağıdakılar aiddir:

- Silahlı Qüvvələrin hərbi qulluqçusu kimi öz borcunu dərindən dərk etmək, Konstitusiyaya və qanunlara müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, hərbi andın və hərbi nizamnamələrin tələblərini sözsüz yerinə yetirmək, sayıq, namuslu və Azərbaycan dövlətinin mənafeyinə sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvəsini, hətta həyatını belə əsirgəməmək;

- hərb işini və peşə ixtisasını vicdanla öyrənmək, müəllimlərin, komandirlərin (rəislərin) ona öyrətdiklərini səylə yadda saxlamaq;

- təhsil proqramlarında (kurikulumlarda) nəzərdə tutulmuş imtahanları vermək;

- öz xidməti vəzifələrini nümunəvi yerinə yetirmək;

- hərbi nizamnamələrin tələblərini dərindən bilmək və vicdanla yerinə yetirmək;

- üzrsüz səbəblərdən dərsdən yayınmamaq, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

- komandirlərin (rəislərin) və müəllimlərin əmr, sərəncam, göstəriş və tapşırıqlarını sözsüz, dəqiq və vaxtında yerinə yetirmək, təhlükəsizlik qaydalarına ciddi riayət etmək;

- igid, cəsur və intizamlı olmaq, nalayiq hərəkətlər etməmək və kursant yoldaşlarını belə hərəkətlərdən çəkindirmək;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsinin və daxili intizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;

- öz silahını, həmçinin ona tapşırılan döyüş və digər texnikanı mükəmməl bilmək, həmişə saz və təmiz saxlamaq;

- dövlət sirrini qorumaq;

- komandirlərə (rəislərə), böyüklərə və müəllimlərə hörmət göstərmək, hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına riayət etmək, pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin rektoru (rəisi) daxil olmaqla, özünün birbaşa rəislərinin vəzifəsini, hərbi rütbəsini, adını və soyadını bilmək;

- dövlət əmlakını qorumaq, hərbi geyim formasını daşıma qaydalarına ciddi riayət etmək, hər gün təmizləmək və göstərilən yerdə saxlamaq;

- hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin əmlakına qayğı ilə yanaşmaq;

- şəxsi və ictimai gigiyena qaydalarına riayət etmək;

- silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə və başqa hallarda təhlükəsizlik tədbirlərinə, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi ərazidən kənara çıxmaq zərurəti olduqda, bilavasitə komandirindən icazə almaq və qayıtdıqdan sonra ona bu barədə məlumat vermək;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənarda özünü şərəfli və ləyaqətli aparmaq, ictimai asayişi pozmamaq və əhaliyə qarşı nalayiq hərəkətlərə yol verməmək;

- dövlət maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının fəal müdafiəçisi olmaq, özündə yüksək mənəvi keyfiyyətlər aşılamaq, dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək;

- ictimai asayiş normalarına zidd, əxlaqı pozan və xidməti vəzifələri yerinə yetirməyə mane olan hərəkətlərdən çəkinmək;

- böyük rəislərin göstərişi olmadan (xidməti zərurət istisna olmaqla) media subyektlərinə müsahibə və məlumat verməmək, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlarla əlaqə saxlamamaq.

Qanun layihəsinə əsasən, normativ hüquqi aktlarda və təhsil aldıqları hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələrində başqa qayda nəzərdə tutulmadıqda, kursantların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

Təklif edilən dəyişikliklərə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin ştat vahidlərinin sayına, komplektləşdirilmə səviyyəsinə və ya şəxsi heyətin yerləşmə şəraitinə görə təhsil müəssisəsində qarovul və daxili xidmət üzrə vəzifələri yerinə yetirən hərbi qulluqçuların sayı bu vəzifələrin icrası üçün kifayət etmədikdə, kursantların həmin vəzifələrin icrasına cəlb edilməsinə icazə verilə bilər. Bu zaman onlar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular, habelə təcrübələri və ya rütbələri yol verdikdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, gizirlər və miçmanlar üçün nəzərdə tutulmuş naryad heyətinə cəlb edilirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see211

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see207

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see206

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see205

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see195

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see186

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see183

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see174

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see162

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri