Icma.az
close
up
RU
Azərbaycanda lizinq anlayışı ləğv edilib

Azərbaycanda lizinq anlayışı ləğv edilib

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda lizinq anlayışı ləğv edilir.

"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.

Bildirilib ki, yeni qanun layihəsinin hazırlanmasının zərurəti və onun mahiyyətinə keçməzdən öncə bir konseptual məsələyə diqqəti yönəltməyə ehtiyac vardır. Bu məsələ milli qanunvericilikdə istifadə olunan “lizinq” termininin (anlayışının) “maliyyə icarəsi” termini (anlayışı) ilə əvəz edilməsi (adlandırılması) ilə bağlıdır. Qeyd etmək lazımdır ki, beynəlxalq termin olan “leasing” sözü dilimizə tələffüz olunduğu kimi keçmiş, yəni “lizinq” kimi ifadə olunmuşdur, hazırda təqdim olunan qanun layihəsində isə onun “maliyyə icarəsi” kimi işlədilməsi (tərcümə olunması) məqsədəuyğun hesab edilmişdir. Məlumat üçün bildiririk ki, bir sıra ölkələrdə də "financial lease" termini həmin ölkələrin dilində hərfi tərcümədə olduğu kimi istifadə edilir. Məsələn:

⦁ türk dilində - finansal kiralama;
⦁ ingilis dilində - financial lease;
⦁ ispan dilində - arrendamiento financiero;
⦁ fransız dilində - le crédit-bail.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38-ci fəsli "Lizinq" adlansa da o əslində “maliyyə lizinqi”, yeni ifadə ilə desək “maliyyə icarəsi” ilə bağlı münasibətləri tənzimləyir, qüvvədə olan qanunvericilikdə isə “maliyyə lizinqi” termini indiyə qədər əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində istifadə edilib.

Beləliklə, yeni qanunun qəbulu ilə “maliyyə icarəsi” ilə bağlı vahid yanaşma təmin ediləcək, terminlərin eyniləşdirilməsi həyata keçiriləcək, “lizinq” adı ilə təqdim olunan fəaliyyətin hüquqi statusu və mahiyyətinin bu xidmətin istehlakçıları tərəfindən daha aydın qavranılmasına nail olunacaqdır. Qeyd etmək lazımdır ki, bu xidmətin alıcıları tərəfindən lizinq adı ilə təqdim olunan bu xidmətin icarəyə aid olmasından daha çox, sanki onun kredit münasibəti olması rəyi formalaşırdı. Onu da qeyd etmək lazımdır ki, bu sahədə hüquqi müəyyənliyin yaradılması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarları da xüsusi əhəmiyyətə malik olub.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Anar Kəlbiyev



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 May 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see281

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see237

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see219

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see216

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see215

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see213

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see212

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see210

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see208

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see207

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see205

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see204

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see204

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see201

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see199

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see196

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see196

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see191

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see180

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri