Icma.az
close
up
RU
Azərbaycanda mətbuat katibləri NİYƏ hər sualı YUXARI dan soruşurlar?

Azərbaycanda mətbuat katibləri NİYƏ hər sualı YUXARI dan soruşurlar?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Məhərrəm Əliyev yazır...

"Google" axtarış sisteminə "mətbuat katibi" açar sözlərini yazsaq, nəticədə bu cavab çıxır: "Təşkilat və ya şəxs adından danışmağa səlahiyyətli biri". Mətbuat katibləri, əsasən, təcrübəli olan və təşkilatın hədəflərini dəstəkləyən şəxslər arasından seçilirlər.

Yəni heç anlayışı olmayan adama belə, bu cavab müəyyən informasiyanı ötürür. Lakin Azərbaycanda qəribə bir reallıq var. Mətbuat katiblərinin əksəriyyəti, bəlkə də, hamısı məlumatı "yuxarı" ilə təsdiqlədir. "Yuxarı" dediyimiz də hansısa qurumun rəhbəri və ya həmin qurumda vacib olan şəxslərdir.

Aydındır ki, mətbuat katibləri bütün məlumatları özbaşına açıqlaya bilməzlər, amma hər açıqlamanı "yuxarı" ilə təsdiqlətmək və bunun üçün günlərlə gözləmək iş prinsipinə birbaşa ziddir. İstisnaları çıxsaq, jurnalistin sorğu müddəti 24 saatdır.

Məsələn, Azərbaycanda bir çox qurumun rəsmiləri hesab edirlər ki, jurnalistlərə anında cavab vermək düzgün yanaşma deyil, məlumatlar "yuxarının süzgəci"ndən keçirilməlidir. Reallıq isə odur ki, gecikən hər informasiyaya görə qurumun adına, nüfuzuna birbaşa zərbə dəyir, insanlar dövlət qurumunu şiddətli tənqid edəndən sonra açıqlama verilir. Xalq dilində desək, iş-işdən keçəndən sonra.

Fikrimcə, dövlət qurumlarının rəsmiləri özlərinə bu sualı verməlidirlər: "Bizə qurumun adının sağlam və operativ qalması önəmlidir, yoxsa vaxtı keçmiş məlumatla nüfuzun itirilməsi?"

Bu sual özü bir çox problemlərə aydınlıq gətirəcək.

Hətta bu qəlibləşmiş, köhnə, manipulyativ təfəkkür o dərəcə beyinlərinə hopub ki, mətbuat katibinə azadlıq verməyi tabuların, stereotiplərin qırılması kimi qarşılayan rəsmilər var: "Necə ola bilər ki, mətbuat katibi rahat açıqlama versin? Özünüzdən Amerika kəşf etməyin" və sair.

Bu yazını hazırlayanda mətbuat katibləri arasında sorğu keçirmək faydalı olardı. Amma işlərində problem yarana biləcəyini nəzərə alaraq sorğunu keçirə bilmədik. Hətta şifahi söhbətimizdə sözügedən situasiyanın yaralı yerləri olduğunu deyənlər var idi. Bu belə, çox şeydən xəbər verir. Mətbuat katibi rahat deyil, daim təzyiq altındadır. Jurnalistlər qurumu tənqid edəndə qalxan kimi istifadə olunan da onlardır. Əslində, vacib şəxslər problemlərdən yaxa qurtarmaq üçün mətbuat katiblərindən istifadə edirlər, bu, hər birimizə aydındır.

Qısası, bəylər, cənablar, sizə deyən yoxdur ki, qurumunuzu müdafiə etməyin, etdirməyin. Lakin bir az geniş təfəkkürlə düşünsəniz, anlayarsınız ki, jurnalistin sorğusuna üç-beş günə, bəzən bir həftəyə, bəzən də aylar sonra cavab vermək və ya verməmək iş görmək deyil, nüfuzun itirilməsidir.

Əvvəla, elə mətbuat katibi təyin edin ki, təcrübəli olsun, nəyi, harada demək lazımdır, bilsin. İkincisi, həmin mətbuat katibinə azadlıq verin ki, sözçü kimi cavabı gecikdirmədən verə bilsin, "yuxarı"dan icazə almasın.

Sizin "nəzarətə nəzarət" sisteminiz effektiv deyil, olmadı, olmayacaq, bunu görməyin vaxtıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 May 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri