Azərbaycanda peyk istehsalı zavodunun qurulması üzrə layihələndirmə yekunlaşıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda peyklərin istehsalını yaxın gələcəkdə reallaşdıracağıq.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirdə bildirib.
O bildirib ki, artıq bu istiqamətdə addımlar atılıb:
“Tədqiqat və inkişaf üzrə komandamız artıq 1 il yarımdır ki, mürəkkəb siyasi şəraitdə olsa da İsraildə Azersky-2 layihəsi çərçivəsində peykin istehsalı üzrə intensiv təlimlər keçirlər. Peyk istehsalı zavodu və istehsalata cəlb ediləcək işçilər üçün Kosmik Aparatların İnkişafı Mərkəzinin qurulması üzrə dizayn və layihələndirmə işlərinə yekun vurulub. Mərkəz üçün tikinti yerimiz məlumdur. Yaxın aylarda tikintiyə başlayacağıq.
Peykimizin daşıyıcı raketi olaraq SpaceX şirkətini seçmişik".
"Bununla yanaşı, Azərkosmos tarixində ilk dəfə törəmə müəssisə - Kosmik Aparatların İstehsalı Mərkəzi - “Spacecraft Development and Production” MMC yaratdıq. MMC kosmik aparatların istehsalı layihələrimizi daha asan şəkildə həyata keçirməkdə dəstək olacaq", - deyə D. Bədirxanov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 21 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















