Icma.az
close
up
RU
BP: Azərbaycanda mühəndis layihələndirmə üzrə iki irihəcmli müqavilə imzalanıb

BP: Azərbaycanda mühəndis layihələndirmə üzrə iki irihəcmli müqavilə imzalanıb

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BP şirkəti “Şahdəniz” qaz və kondensat yatağının işlənməsi layihəsinin və Səngəçal terminalının operatoru kimi mühəndis-layihələndirmə işləri üzrə iki irihəcmli müqavilənin imzalandığını açıqlayıb.

Bu barədə “APA-Economics” şirkətə istinadən xəbər verir.

“Müfəssəl mühəndis-layihələndirmə və təchizat xidmətlərini əhatə edən bu müqavilələr SOCAR-KBR birgə müəssisəsinə verilib. Bu podratçı müqavilələri “Şahdəniz Kompressiya” (ŞDK) və Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihələrinin icrası üçün mühüm bir mərhələdir”, - məlumatda qeyd olunur.

Məlumata əsasən, bu podratçı müqavilələri həmçinin 3 iyun 2025-ci il tarixində Bakı Enerji Həftəsi zamanı Yekun İnvestisiya Qərarı (YİQ) elan olunmuş hər iki layihənin icra mərhələsinə keçidinə doğru mühüm bir irəliləyişdir.

“ŞDK və STEL layihələrinin irəliləyişində bu mühüm mərhələnin əldə olunduğunu bölüşməkdən çox məmnunam. İyun ayının əvvəllərində qəbul edilmiş YİQ-lərin ardınca biz podratçı seçimi mərhələsini uğurla tamamladıq və SOCAR-KBR birgə müəssisəsi ilə iki əsas podratçı müqaviləsi imzaladıq. SOCAR-KBR şirkətinin Xəzər regionunda oxşar layihələrdə təsdiqlənmiş təcrübəsi, o cümlədən ŞDK layihəsi üzrə əvvəlki işləri uğurla yerinə yetirməsi bu seçimdə həlledici amil olmuşdur.

Bu nailiyyətin əldə olunmasında əməyi və zəhməti keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, davamlı əməkdaşlığımız nəticəsində hər iki layihə təhlükəsiz, rəqabətqabiliyyətli və qrafikə uyğun şəkildə həyata keçiriləcək”, - BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham qeyd edib.

ŞDK layihəsi üzrə verilmiş müqavilə 43 milyon funt sterlinq dəyərindədir və 1 iyul 2025-ci il tarixində qüvvəyə minib. Bu müqavilə çərçivəsində işlərin 2026-cı ildə başa çatacağı planlaşdırılır.

İş həcminə aşağıdakı qurğuların tikintisi üzrə mühəndis-layihələndirmə və təchizat dəstəyi, o cümlədən quraşdırmaya hazırlıq, istismara vermə və əməliyyat hazırlığı daxildir:
- ŞDK platforması üçün üst tikililər;
- ŞDK platforması üçün dayaq bloku və payalar;
- Quruda və dənizdə yerləşən mövcud qurğular (Şahdəniz Alfa, Şahdəniz Bravo və Səngəçal Terminalı);
- Sualtı sistemlə inteqrasiyanı təmin etmək üçün sistemin layihələndirilməsi üzrə mühəndislik işləri.

STEL layihəsi üzrə verilmiş müqavilə 7 milyon funt sterlinq dəyərindədir və 1 iyul 2025-ci il tarixində qüvvəyə minib. Bu müqavilə çərçivəsində işlərin 2028-ci ildə başa çatacağı planlaşdırılır.

Müqavilə elektrik şəbəkəsindən enerjinin ötürülməsi və fasiləsiz enerji təminatı üçün qoruma mexanizmini təmin etmək məqsədilə Səngəçal terminalı ərazisində bir sıra yeni avadanlıqlar və mövcud obyektlərdə aparılacaq dəyişikliklər üçün mühəndis-layihələndirmə və təchizat üzrə dəstək xidmətlərini əhatə edir.

Xatırladaq ki, 2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd Şahdəniz yatağındakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olunmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Üzərində dörd ədəd 11 meqavatlıq compressor quraşdırılacaq ŞDK platforması həm Şahdəniz Alfa (ŞDA), həm də “Şahdəniz Bravo” (ŞDB) platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq. Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı planlaşdırılır. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır. Tikinti işləri ölkə daxilində yerli resurslardan istifadə etməklə həyata keçiriləcək və 4000-ə qədər iş yeri yaradacaq.

STEL layihəsi terminalın dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.

Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə və BP-nin Azərbaycanda idarə etdiyi ən böyük obyekt olan terminalın əməliyyatlarlarından yaranan emissiyaların azaldılmasına imkan verəcək.

Qeyd edək ki, 230 milyon dollar dəyərində olan STEL layihəsi üzrə tikinti işləri artıq başlanıb və bu işlərin iki mərhələdə başa çatacağı nəzərdə tutulur - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonunadək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Avqust 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri