Icma.az
close
up
RU
Azərbaycanda pul kredit əməliyyatları yaşıllaşdırılacaq

Azərbaycanda pul kredit əməliyyatları yaşıllaşdırılacaq

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycan Mərkəzi Bankı (AMB) pul-kredit əməliyyatlarının "yaşıllaşdırılması" istiqamətində işlər aparır.

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "8-ci DİM Dialoqu: Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə: Yardım və Ənənəvi Rəsmi İnkişaf Yardımından (RİY) Kənar" tədbirində bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum ESG elementlərinin inteqrasiyası daxil olmaqla bir sıra istiqamətlərdə hökumətlə sıx əməkdaşlıq edirik: "Lakin ənənəvi maliyyə risklərindən fərqli olaraq, ESG riskləri transmilli və sistem xarakterlidir, onları milli sərhədlər daxilində məhdudlaşdırmaq daha çətindir. ESG riskləri xarici təsirlər (eksternalilər), yəni üçüncü tərəflərin daşıdığı xərclər və ya təsirlər yaradır. Məsələn, Avropadakı bir şirkət Afrikadakı xammaldan və ya Asiyadakı istehsal zəncirindən asılı ola bilər. Bu zəncirin hər hansı bir mərhələsində baş verən pozuntu bütün sistemə təsir göstərir. Buna görə də dayanıqlı gələcəyin formalaşdırılması üçün daha geniş və koordinasiyalı beynəlxalq səylərə ehtiyac var".

"Bu çərçivədə biz "International Finance Corporation", "Sustainable Banking and Finance Network", "United Nations Development Programme", "UNEP Finance Initiative", "Climate Bonds Initiative" və digər tərəfdaşlarla birlikdə "Dayanıqlı Maliyyə Taksonomiyalarının Qarşılıqlı Əlaqəsinin və Müqayisəliliyinin Təkmilləşdirilməsi üzrə Yol Xəritəsi" adlı layihəyə start vermişik. Bu təşəbbüs "yaşıl maliyyə" sahəsində mövcud olan əsas problemlərdən biri - fraqmentasiya (pərakəndəlik) problemini həll etməyə yönəlmiş, könüllü və çox tərəfdaşlı platformadır. Taksonomiyalar eyni dildə formalaşmadıqda, kapital axınları qeyri-müəyyənlik və əlavə "sürtünmə" səbəbindən ləngiyir. Taksonomiyalar arasında qarşılıqlı uyğunluğun və müqayisəliliyin artırılması isə özəl kapital axınlarını stimullaşdırmağa və daha az karbonlu qlobal iqtisadiyyata ədalətli və inklüziv keçidi dəstəkləməyə xidmət edir. Bu yanaşma həm də yalnız taksonomiyaların deyil, eyni zamanda onların uyğunluğunun yoxlanılması və təminatı üçün güclü mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur", - deyə AMB rəsmisi əlavə edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyun 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri