Icma.az
close
up
RU
Azərbaycanda qadından bacılarına qarşı iddia: Qızıma deyiblər anan pozğundur

Azərbaycanda qadından bacılarına qarşı iddia: Qızıma deyiblər anan pozğundur

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Lənkəranda üç qadın xüsusi ittiham qaydasında rayon məhkəməsinə müraciət edib.

Pravda.az Publika.az-a istinadla xəbər verir ki, şikayətçi qadınlar 1983-cü il təvəllüdlü Gülbəniz Quliyevanın (ad şərtidir) "TikTok" sosial şəbəkəsində onları təhqir etdiyini, barələrində həqiqətə uyğun olmayan məlumatlar yaydığını bildiriblər.

Məlum olub ki, şikayətçi qadınlardan ikisi Gülbənizin bacısı, biri isə Gülbənizin bacısının qayınanasıdır. Onlar Gülbənizin nevroloji problemlərinin olduğunu, sosial şəbəkələrdə şər-böhtan xarakterli sözlər danışdığını və həbs edilməsinin vacibliyini bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, bacılar arasında münasibətlər bir neçə ildir pisləşib. Gülbəniz atası evində, digər bacılar isə öz ailələri ilə birgə yaşayırlar.

G.Quliyeva ifadəsində bacısının onun həyatını məhv etdiyini, cinsi təcavüzə məruz qoyduğunu iddia edib:

"Əksinə, ittihamçılar mənə qarşı qanunsuz hərəkətlər ediblər, kənddə mənim üzümə tüpürdülər, qızıma deyiblər ki, anan pozğundur. Səkkiz dəfə buna görə "102" xidmətinə zəng də etmişəm, lakin nəticəsi olmayıb. Haqsızlıqlar barədə "TikTok" sosial şəbəkəsində paylaşım etdim.

İş o dərəcəyə çatdı ki, işlədiyim "Düşbərə" restoranın müdiriyyəti məni işdən çıxardı. Bacım Sevər (şərti ad) mənim uşağımı vurduğuna görə onun qayınanasına şikayət etmişəm. Sərvət adlı həyat yoldaşım vardı. Digər bacım Səhanə (şərti ad) onunla münasibət qurub sevgili oldu, onları yataqda tutmuşam. Buna görə də Sərvətdən boşandım. Bacım Sevər məni Zaur adlı şəxsə ərə vermək istəyirdi. Buna görə də Sevər məni Bakı şəhərində, metronun "Neftçilər" stansiyasının yanındakı əxlaqsızlıq yuvasına apardı. Zaur məni orada zorladı. Bundan əvvəl isə həb verib məni yatırdıblar".

G.Quliyevaya Zaurla bağlı iddiasına görə sual verildikdə, o, həmin şəxsdən polisə şikayət etmədiyini bildirib.

Lənkəran Rayon Məhkəməsi araşdırmalardan sonra 26 noyabr tarixində Gülbəniz Quliyevaya hökm elan edib.

O, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (böhtan) ilə təqsirli bilinərək 1300 manat cərimə cəzasına məhkum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see470

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see253

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see199

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

“Rusiyanın təklifləri qəbuledilməzdir” Zelenski

04 İyun 2025 19:51see115

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see114

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see113

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see113

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see112

Tədqiqat: Süd Yolunun Andromeda qalaktikası ilə toqquşma ehtimalı daha azdır

04 İyun 2025 12:02see112

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see112

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see111

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

Əməkdaşlığın coğrafiyası genişlənir

04 İyun 2025 11:57see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri