Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Azərbaycanda qəribə hadisə: Dövlət qurumları, məhkəmə qadağa qoysa da, sahibkar tikintiyə DAVAM EDİR

Azərbaycanda qəribə hadisə: Dövlət qurumları, məhkəmə qadağa qoysa da, sahibkar tikintiyə DAVAM EDİR

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mirzəağa Əliyev küçəsi, 17 ünvanında, ümumi istifadədə olan ərazidə qeyri-qanuni tikinti işlərinin aparılması ilə bağlı redaksiyamıza müraciət daxil olub. Sözügedən ərazidə yaşayan sakinlər qeyd edirlər ki, Vəfadar Malik oğlu Məmmədov adlı sahibkar qeyri-qanuni tikinti ilə kəndin məscidinin ərazisini zəbt edir. Bununla həm yolu daraldır, həmçinin kənd sakinlərinin başqa fəaliyyətlərinə mane olur.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı ətraflı məlumat almaq üçün sözügedən əraziyə üz tutub.

Şikayətçilərin adından danışan Yadigar Əliyev saytımıza açıqlamasında bu fikirləri səsləndirib:

"Cümə məscidinin önündə tikilən obyekt qeyri-qanunidir. Bu obyektin sahibi ilk gündən gəlib bizimlə görüşdü, söz verdi ki, oradakı yol darlığı problemini həll edəcək. Söhbət həmin obyektin yanındakı yoldan gedir. Hansı ki, biz o yol üçün 20 ildir, müxtəlif dövlət orqanlarına məktublar yazaraq şikayət etmişik.

Dəfələrlə qəbulda olmuşuq, vəziyyəti izah etmişik. Əvvəllər həmin torpaq sahəsində heç bir tikili yox idi. Amma indi həmin şəxs orada obyekt tikib və bu, tamamilə qanunsuzdur. Qeyd edim ki, obyektin heç bir sənədi yoxdur. Dövlət orqanları da sənədsiz olduğunu təsdiqləyib - bizdə bununla bağlı rəsmi cavablar var.

Qeyri-qanuni tikinti nəticəsində yolun enini sıfır dərəcəsinə endiriblər. Bütün xahişlərimizə, müraciətlərimizə baxmayaraq, strateji əhəmiyyət daşıyan bu yolu genişləndirmədilər. Yolun bir tərəfi tamamilə obyektin istifadəsinə verilib. Halbuki bu yol qəsəbənin bütün sakinləri üçün vacibdir".

Onun sözlərinə görə, sahibkar Vəfadar Məmmədov müvafiq icazələri almadan, tikinti norma və qaydalarına riayət etmədən iki avtomobilin keçə bilmədiyi avtomobil yolunun düz kənarında, qaz xəttinə yaxın məsafədə, heç bir təhlükəsizlik məsafəsi gözlənilmədən qeyri-yaşayış təyinatlı tikinti işlərinə başlayıb:

"Bu hal nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə ciddi maneə yaradır. Tikintinin düz qarşısında ibadət yeri olan məscid, yas, ehsan və xeyriyyə mərasimlərinin, eləcə də dövlət rəsmilərinin iştirak etdiyi tədbirlərin keçirildiyi bina yerləşir. Bu zaman əraziyə çoxsaylı avtonəqliyyat vasitələri toplaşır. Obyekt istifadəyə verildiyi təqdirdə həmin ərazi və yol iflic vəziyyətinə düşəcək. Yolun kənarında məktəb, uşaq bağçası, poliklinika, poçt şöbəsi, mədəniyyət klubu və qəsəbə icra nümayəndəliyi yerləşir. Bu yoldan piyada istifadə edən sakinlər və digər şəxslər üçün obyekt təhlükə yaradır.

Dəfələrlə obyektin tikildiyi yerin yol məqsədilə genişləndirilməsi üçün müraciətlər edilsə də, ciddi tədbirlər görülməyib. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüququna çıxarış verilərkən avtomobil yolu və mühüm kommunikasiya xətləri nəzərə alınmayıb. Torpaq sahəsi monolit betonla örtülüb, nəticədə təhlükəli vəziyyət yaranıb".

Digər şikayətçi sakin Zahir Məmmədov isə qeyd edib ki, həmin ərazidə dəfələrlə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib:

"Yol qəsəbənin tam ortasından keçir və həm sağ, həm də sol tərəfdə yaşayanlar üçün həyati əhəmiyyət daşıyır. "BakuBus"a məxsus marşrutların da buradan keçməsi planlaşdırılırdı, lakin yolun darlığı səbəbindən bu marşrut avtobusları qəsəbəyə daxil ola bilmir.

Məhz bu səbəbdən bizə yeni və rahat avtobuslar verilmir. Bu problem təkcə mənim deyil. Bu narazılığı gələcək nəsillər üçün aradan qaldırmaq istəyirik. Bu problemin nəticəsində orada dəfələrlə yol-nəqliyyat hadisələri baş verib. Doğma qardaşım orada baş verən bir insident nəticəsində dünyasını dəyişdi. Yolun darlığı ucbatından sürücülər arasında qarşıdurmalar, davalar olur.

İndi adıçəkilən sahibkar gəlib orada obyekt tikir və o meydanı parklanma yerinə çevirmək istəyir. Obyektin isə market olacağını düşünürük.

Adam məhkəmə yolu ilə çıxarış alıb. Yəni torpaq həmin şəxsin xüsusi mülkiyyətidir. Torpaq çıxarışlıdır, amma tikinti qanuni deyil. Şəhərsalma qaydalarına zidd addım atır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ona layihə verməlidir. Bu adam qaydaların heç birini ciddiyə almayıb. Aldığı torpağın hamısında tikinti aparıb. Həm öz obyektini açacaq, yolu daraldacaq, həm də məscidin meydanında şəxsi parklanma yeri salacaq.

Bu adam insanları aldadaraq əvvəlcə xeyir-dua istəyib, sonradan isə verdiyi sözlərə əməl etməyib. Söz vermişdi ki, yolu genişləndirəcək, amma bizi aldatdı.

Üstəlik, bu şəxs insanlardan sui-istifadə edir. Orada bir şəhid ailəsi üzvü var - xəstədir. Onu aldadaraq istifadə edir. Bu, rəzil davranışdır. Məncə, artıq vəziyyət dözülməzdir. Bizə deyirlər ki, bu şəxs güclü adamlara arxalanır, havadarı var.

Fövqəladə Hallar Nazirliyi bu obyektlə bağlı qərar verib ki, tikinti dayandırılsın. Hətta bir dəfə cərimə də olunub. Amma adam buna məhəl qoymur. Qərar çıxandan sonra gecələr gizli şəkildə tikinti işlərini davam etdirirlər.

Bizim əlimizdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sənədi var. Sənəddə qeyd olunub ki, bu iş qeyri-qanunidir. Bakı Şəhər Baş Polis İdarəsi həmin şəxsə işin dayandırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Məhkəmə qərarlarını da təqdim edə bilərik. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavininin də bizə rəsmi müraciəti var. Müraciətdə qeyd olunub ki, iş dayandırılıb, həmin şəxsə xəbərdarlıq olunub. Məhkəmə şikayətçilərin xeyrinə üç dəfə qərar qəbul edib. Bütün bunlara baxmayaraq, tikinti davam edir.

Polis dəfələrlə gəlib tikintini dayandırıb, işçiləri aparıb. Amma bir neçə saat sonra həmin işçilər yenidən iş başına qayıdıblar. Bu nə deməkdir?

Hətta bu adam bizə deyir: "Sizə nə etmişəmsə, başqalarına da etmişəm, heç kim mənə heç nə edə bilmir". Açıq-aşkar təhdid edir. Məscidin qarşısındakı əraziyə sahib çıxıb, istədiyini edir.

Tələbimiz odur ki, iş dayandırılsın. Obyekt sökülsün, qanun necə deyirsə, o cür tikilsin, kəndə yol versin. O şəxs parklanma yerini obyektin ərazisində tiksin, məscidin meydanında yox".

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyul 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see286

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see217

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see168

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri