Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

Azərbaycanda real müxalifət kimdir?

Azərbaycanda real müxalifət kimdir?

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Partiya sədri: “Qarabağ işğaldan azad olunduqdan sonra real müxalifətçilik üçün əsaslar xeyli sarsılıb”

Azərbaycanda müxalif siyasi partiyaların fəaliyyəti cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Sosial şəbəkələrdə, ictimaiyyət arasında gedən müzakirələrdə real müxalifətin fəaliyyətinin faktiki hiss olunmadığı qeyd edilir. Eləcə də parlamentdə təmsil olunan müxalif siyasi partiyaların gözləntiləri qarşılaya bilmədiyi vurğulanır.

Modern.az Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrindən məsələyə münasibət öyrənib.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin komitə rəhbəri Fazil Mustafa real müxalifətin olmadığı ilə bağlı fikirlə razıdır: “Qarabağ işğaldan azad olunduqdan sonra real müxalifətçilik üçün əsaslar xeyli sarsılıb”.

 Tənzilə Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, deputat Tənzilə Rüstəmxanlı bildirib ki, sabit siyasi münasibətlər sistemi kimlərisə qane etmir: "Hər bir normal dövlətin idarəetmə sistemində iqtidar olduğu kimi, ona əks mövqe və düşüncə sərgiləyən müxalifət də olur. Bu, demokratik ölkələrin əsas prinsip və atributlarından biridir. Təbii ki, müxalifətin apardığı fəaliyyət və təqdim etdiyi ideologiya əsasında müəyyən topluluqlar onlara qoşulur və bu yöndə sistematik fəaliyyət göstərir. Azərbaycanda da kifayət qədər müstəqil fəaliyyət göstərən müxalifət komponentləri mövcuddur".

“Real müxalifətin yaranması üçün müəyyən zaman, dövr lazımdır”.

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev belə deyib: “Etiraf edək ki, 44 günlük müharibədən sonra Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının mövqeyi daha da gücləndi. Bu bir faktdır. Parlamentdə Yeni Azərbaycan Partiyası üstünlük təşkil edir. Hakimiyyətdə Yeni Azərbaycan Partiyasıdır. Bunlar iqtidar partiyasının müxalifətdən güclü olduğunu deməyə əsas verir. Yəni bu, faktdır. Amma real müxalifətin yaranması üçün müəyyən zaman, dövr lazımdır.  Partiyalar yenidən formalaşır. Siyasi partiyaların formalaşması da müəyyən nüanslardan asılıdır”.

 Razi Nurullayev

“Real müxalifətin olmadığını deyənlər müxalifliyi səhnəlik şoularla qiymətləndirənlərdir”. Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib ki, son zamanlar sosial şəbəkələrdə və bəzi ictimai dairələrdə Azərbaycanda “real müxalifətin olmadığını” söyləyənlər əslində reallıqdan daha çox, siyasi fəaliyyəti ya görmək istəməyənlər, ya da müxalifəti yalnız səhnəlik şoularla qiymətləndirənlərdir: “Bəli, bu gün Azərbaycanda real müxalifət var - o, parlamentdə də təmsil olunur, cəmiyyət içində də fəaliyyət göstərir. Amma bəzi çevrələr müxalifəti yalnız qışqırmaq, dağıtmaq və ya küçədə şüarlar səsləndirməklə ölçürsə, bu artıq siyasi yetkinlik deyil, populizmdir.

Biz müxalifətik - təkcə ritorikada deyil, əməl və məsuliyyətdə də. Biz qanunvericilik təşəbbüsləri ilə çıxış edirik, hökumətin xalqın mənafeyinə zidd hesab etdiyimiz qərarlarına qarşı səsimizi ucaldırıq, tribundan haqsızlıq hesab etdiyimiz məsələlərə qarşı açıq şəkildə danışırıq və regionlarda insanların problemlərini birbaşa dinləyirik. Bunu görmək istəməyənlər ya məqsədli şəkildə gözlərini yumur, ya da siyasi düşərgələrin içərisində çaşqınlıq yaratmaq istəyirlər".

“Biz səs-küy salmaq yox, nəticə əldə etmək yolunu seçmişik. Əgər kimlərsə müxalifəti yalnız qıcıq doğuracaq radikal çağırışlarla ölçürsə, bu yanaşma Azərbaycanın siyasi sistemini inkişaf etdirmir, əksinə, gözdən salır. Müxalifətin işi xalqa xidmət etmək, real problemləri qaldırmaq və ictimai nəzarəti təmin etməkdir - biz bunu edirik və edəcəyik.

Sonda bir sual vermək istərdim: “real müxalifət yoxdur” deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?", - R.Nurullayev əlavə edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 May 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see352

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see350

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see338

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see268

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see237

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see236

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see225

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see220

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see212

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see191

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see187

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see169

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see165

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see160

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see158

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri