Icma.az
close
up
RU
Azərbaycanda real müxalifət kimdir? Parlament partiyalarından REAKSİYA

Azərbaycanda real müxalifət kimdir? Parlament partiyalarından REAKSİYA

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda müxalif siyasi partiyaların fəaliyyəti cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Sosial şəbəkələrdə, ictimaiyyət arasında gedən müzakirələrdə real müxalifətin fəaliyyətinin faktiki hiss olunmadığı qeyd edilir. Eləcə də  də parlamentdə təmsil olunan müxalif siyasi partiyaların gözləntiləri qarşılaya bilmədiyi vurğulanır.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, Modern.az Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrindən məsələyə münasibətini öyrənib.

"Real müxalifətin olmadığı ilə bağlı fikirlərlə razıyam"

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin komitə rəhbəri Fazil Mustafa real müxalifətin olmadığı ilə bağlı fikirlə razıdır: "Qarabağ işğaldan azad olunduqdan sonra real müxalifətçilik üçün əsaslar xeyli sarsılıb".
"Barışmaz iqtidar-müxalifət qarşıdurması arzusunda olanlar "müxalifət yoxdur" tezisini ortaya atıblar"

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, deputat Tənzilə Rüstəmxanlı bildirib ki, sabit siyasi münasibətlər sistemi kimlərisə qane etmir:

"Hər bir normal dövlətin idarəetmə sistemində iqtidar olduğu kimi, ona əks mövqe və düşüncə sərgiləyən müxalifət də olur. Bu, demokratik ölkələrin əsas prinsip və atributlarından biridir. Təbii ki, müxalifətin apardığı fəaliyyət və təqdim etdiyi ideologiya əsasında müəyyən topluluqlar onlara qoşulur və bu yöndə sistematik fəaliyyət göstərir. Azərbaycanda da kifayət qədər müstəqil fəaliyyət göstərən müxalifət komponentləri mövcuddur. Ölkəmizdə artıq iqtidar - müxalifət münasibətləri də sivil bir axara düşmüş sayılır. İllərlə davam edən nifrət leksikonu və qarşıdurma yerini dialoqa, qarışılıqlı anlayışlara verib. Müxalifətin artıq qeydiyyat və qərargahlarla təmin olunma məsələsində heç bir problemi yoxdur. Belə görünür ki, bu şəkildə sabit siyasi münasibətlər sistemi kimlərisə qane etmir, onlar klassik radikallığı və barışmaz iqtidar-müxalifət qarşıdurması arzusundadır ki, “müxalifət yoxdur” tezisini ortaya atıblar".

T.Rüstəmxanlı vurğulayıb ki, bu iddia bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabenin ölkəmizə qarşı qərəzli çıxışının bir hissəsidir:

"Elə buradan həmin fikrin nə qədər gerçəklikdən kənar olduğunu düşünmək olar. Parlamentdə müxalifət partiyalarının olmadığını iddia etməsi Şvabenin məsələlərə tamamilə qərəzli prizmadan yanaşdığının növbəti sübutudur. Görünür ki, bizim kimi müxalifət partiyaları Şvabeyə, onun kimilərinə sərf etmir. Onlara özlərinin  sifarişləri, istəkləri ilə hərəkət edən partiyalar lazımdır. Parlamentdəki müxalifət partiyaları onların sifarişləri ilə hərəkət etmədikləri üçün bizi görməzlikdən gəlir. Biz bundan narahat deyilik. Çünki bizə seçicilərimizin, cəmiyyətimizin necə qiymət verdiyi, münasibəti maraqlıdır. Azərbaycan Milli Məclisində müxalifət partiyalarının təmsilçiləri olan deputatlar var. Müxalifət partiyalarından olan deputatlar sırasında Milli Məclis sədrinin müavini, Milli Məclisin komitə sədri, Milli Məclisin komitələrində sədr müavinləri mövcuddur. Vətəndaş Həmrəyliyi Partiyasını müxalifət partiyası hesab etməmək üçün gərək Azərbaycan siyasətindən tamamilə xəbərsiz, ya da tamamilə qərəzli olasan. "Azərbaycanda müxalifət yoxdur deyənlər" cavab versinlər ki, müxalifətçilik nədir? Müxalifətçilik camaatı ayağa qaldırıb yalnış yolla apararaq, dalana dirəmək və müxalifətə olan ümidləri qırmaqdır, yoxsa ardıcıl xətlə mübarizə aparmaq? Bir gün qalxıb hay-küy salmaq və hər şeyi yerlə-yeksan etmək müxalifətçilik deyil. Müxalifətçilik millətin və ölkənin mənfəətlərinə düşmənçilik deyil, Avropanın Azərbaycana gətirmək istədiyi müxalifətçilik idyalogiyası, Azərbaycan dövlətinin çıxarlarına xıdmət etmir, onlar istəyirlər ki, bu bölgədə söz sahibi olan güclü bir Azərbaycan olmasın. Onlar müstəqil bir Azərbaycan istəmirlər, onlardan asılı siyasət yürüdən bir Azərbaycan dövləti və onların əlaltısı olan müxalifət istəyirlər. Avropa öz dəyərlərini itirəli çox oldu".
"Real müxalifətin yaranması üçün müəyyən zaman, dövr lazımdır"

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev deyib:

"Etiraf edək ki, 44 günlük müharibədən sonra Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının mövqeyi daha da gücləndi. Bu bir faktdır. Parlamentdə Yeni Azərbaycan Partiyası üstünlük təşkil edir. Hakimiyyətdə Yeni Azərbaycan Partiyasıdır. Bunlar iqtidar partiyasının müxalifətdən güclü olduğunu deməyə əsas verir. Yəni bu, faktdır. Amma real müxalifətin yaranması üçün müəyyən zaman, dövr lazımdır.  Partiyalar yenidən formalaşır. Siyasi partiyaların formalaşması da müəyyən nüanslardan asılıdır".

E.Musayev qeyd edib ki, uzun müddət arada olan düşmənçilik siyasi düşərgələri zəiflədib:

"Böyük Azərbaycan Partiyası heç kəsin təsiri altında, sifarişi əsasında yaradılmayıb. Partiyanı özümüz yaratmışıq. Aradan da xeyli müddət keçir. Bu müddət ərzində də xeyli güclənmişik. Bir sıra siyasi qüvvələr var ki müəyyən xarici qüvvələrin təsiri altında, eləcə də daxili səbəblərdən yaranıb. Siyasi partiyaların öz aralarında uzun müddət düşmənçilik münasibəti olub. Bu da bütövlükdə siyasi düşərgəni zəiflədib. Bu, faktdır. Xarici qüvvələrində xeyli təsiri var. Onlar Azərbaycanda normal siyasi proseslərin getməsində maraqlı olmayıb. Onlar maraqlı olub ki, özlərinin təsirində olan siyasi partiyalar aparıcı rol oynasın".

Partiya sədri söyləyib ki, 44 günlük Vətən müharibəsindən qabaq iqtidarla müxalifət arasında nisbətən normal münasibətlər yaranmağa başlayıb:

"Bundan sonra düşmənçilik meyilləri də aradan götürüldü. İndi hesab edirəm ki, siyasi partiyalar sərbəst fəaliyyət göstərirlər. Hakimiyyətlə müxalifət arasında hər hansı məsələni çatdırmaq üçün problem yoxdur. Hakimiyyətlə müxalifət arasında münasibətlərin yumşalması məsələsi də Prezident İlham Əliyevin ortaya qoyduğu mövqe idi. Bu prosesi də Prezident Administrasiyasının siyasi məsələlər üzrə şöbəsi icra edir. Şöbə müxalifətlə hakimiyyətin münasibətlərinin yaxşılaşması üçün çox işlər görüb. İndi siyasi dialoqun növbəti mərhələsi gedir. Hakimiyyətlə müxalifət arasında münasibətlərin normallaşması, inkişaf etməsi istiqamətində addımlar atılır. Bundan sonrakı mərhələdə xalqın, seçicilərin mövqeyindən çox şey asılı olacaq. Eyni zamanda, müxalif siyasi partiyaların, hakimiyyətin mövqeyindən çox şey asılı olacaq ki, siyasi qüvvələr daha yaxşı inkişaf edə bilsinlər. Çünki siyasi qüvvələr ölkənin siyasi institutlarının əsas elementlərindən biridir. Demokratiya və insan haqlarının qorunması, ölkənin inkişafı üçün siyasi təşkilatların müstəsna rolu var. Ona görə də bu məsələ həm hakimiyyətdən, həm də siyasi təşkilatlardan, eyni zamanda bütövlükdə əhalinin rəyindən asılıdır. Biz istəyirik ki, bütövlükdə ölkədə siyasi partiyaların rolu artsın, siyasi partiyalar da ölkənin inkişafı üçün alternativ mövqeyin tətbiq olunması üçün öz mövqelərini gücləndirsin. Burada qeyri-adi heç nə yoxdur".

"Yeni Azərbaycan Partiyasına dəstək verən müxalif partiyalar var"

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə deyir ki, məsələyə müxtəlif yanaşmalar var:

"Mən də sosial şəbəkədə yazılanları oxuyuram. Bəzən ictimaiyyətdə bununla bağlı fikirlər olur, onlarla tanışam. Real müxalifətin olub-olmamağı ilə bağlı deyilən fikirlər əslində, hərənin bu məsələyə fərqli prizmadan yanaşmasından irəli gəlir. Elə auditoriya ola bilər ki, orada “ölkədə real müxalifət var” deyilər, başqa bir auditoriyada isə bunun tam əksi iddia edilər. Amma reallıqda vəziyyət ondan ibarətdir ki, bəli, ölkədə hakim Yeni Azərbaycan Partiyası və ona dəstək verən siyasi partiyalar var. Eyni zamanda, müxalif partiyalar da var. Müxalifətdə olmaq hakimiyyətə müxalif olmaqdır. Bəziləri məsələni qarışdırır və bunu bütövlükdə dövlətə müxalif olmaq kimi başa düşürlər. Bəzən müxalifətçiliyə yalnız hər şeyə qara demək prizmasından baxıb təqdim edənlər də olur. Hətta elələri də var ki, təhqir edənləri, etikadan kənar ifadələr səsləndirənləri real müxalifət sayırlar. Yanaşmalar müxtəlif ola bilər".

O qeyd edib ki, fakt faktlığında qalır, ölkədə siyasi partiyalar var:

"Parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyaları mövcuddur. Zaman-zaman müxtəlif məsələlərə fikir bəyan edib, müxalif düşüncələrini ortaya qoymaqla hakimiyyətin ayrı-ayrı sahələr üzrə siyasətini sərt tənqid edən, çıxış yolları göstərən siyasi partiyalar da mövcuddur. Bu baxımdan mən “ölkədə real müxalifət partiyası yoxdur” fikri ilə razı deyiləm. Real müxalifət partiyaları var və bundan sonra da olacaq. Həmin partiyaların bugünkü iqtidar partiyası ilə rəqabət aparmaq üçün yetərli imkanlara sahib olub-olmaması məsələsi ayrıdır. Etiraf etmək lazımdır ki, bu məsələdə  problemlər var. Bu, əslində, bir çox obyektiv və subyektiv amillərlə izah oluna bilər. Partiyalar təbii ki, özü güclü olmalıdır ki, reallıqda alternativ mühit yarada bilsin. Bunun formalaşması üçün müxalifətdə olan partiyaların özü mübarizə aparmalıdır. Mübarizə aparmaq deyəndə mən partiyaların özünün güclənməsindən, elektoratını artırmasında, məsələlərə yanaşmasını geniş ictimaiyyətə çatdırmaq imkanlarını mümkün etməsini nəzərdə tuturam. Hər şey bundan asılıdır. Partiyaların özü bu məsələdə aktiv olmalıdır. Ümumilikdə isə konkret olaraq, ölkədə real müxalif siyasi partiyaların olduğu düşüncəsindəyəm".
"Real müxalifətin olmadığını deyənlər, müxalifliyi səhnəlik şoularla qiymətləndirənlərdir"

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib ki, son zamanlar sosial şəbəkələrdə və bəzi ictimai dairələrdə Azərbaycanda “real müxalifətin olmadığını” söyləyənlər əslində, reallıqdan daha çox, siyasi fəaliyyəti ya görmək istəməyənlər, ya da müxalifəti yalnız səhnəlik şoularla qiymətləndirənlərdir:

"Bəli, bu gün Azərbaycanda real müxalifət var - o, parlamentdə də təmsil olunur, cəmiyyət içində də fəaliyyət göstərir. Amma bəzi çevrələr müxalifəti yalnız qışqırmaq, dağıtmaq və ya küçədə şüarlar səsləndirməklə ölçürsə, bu artıq siyasi yetkinlik deyil, populizmdir.

Biz müxalifətik-təkcə ritorikada deyil, əməl və məsuliyyətdə də. Biz qanunvericilik təşəbbüsləri ilə çıxış edirik, hökumətin xalqın mənafeyinə zidd hesab etdiyimiz qərarlarına qarşı səsimizi ucaldırıq, tribundan haqsızlıq hesab etdiyimiz məsələlərə qarşı açıq şəkildə danışırıq və regionlarda insanların problemlərini birbaşa dinləyirik. Bunu görmək istəməyənlər ya məqsədli şəkildə gözlərini yumur, ya da siyasi düşərgələrin içərisində çaşqınlıq yaratmaq istəyirlər".

"Biz səs-küy salmaq yox, nəticə əldə etmək yolunu seçmişik. Əgər kimlərsə müxalifəti yalnız qıcıq doğuracaq radikal çağırışlarla ölçürsə, bu yanaşma Azərbaycanın siyasi sistemini inkişaf etdirmir, əksinə, gözdən salır. Müxalifətin işi xalqa xidmət etmək, real problemləri qaldırmaq və ictimai nəzarəti təmin etməkdir — biz bunu edirik və edəcəyik.

Sonda bir sual vermək istərdim: "real müxalifət yoxdur" deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?",- R.Nurullayev əlavə edib.
"O insanlar necə müxalifət axtarırlar anlamıram"

REAL Partiyasının sədri Natiq Cəfərlinin mövzuya dair fikir belə olub:

"Adından da göründüyü kimi real müxalifət istəyirlərsə, RRAL Partiyasını tapsalar, kifayət edər. "Real müxalifət nə deməkdir" sualını həmin sosial şəbəkə istifadəçilərindən soruşanlar varmı? Onlar nəyi nəzərdə tuturlar, real müxalif siyasi partiya necə olmalıdır? Müxalifətin işi proqramlarla, tezislərlə çıxış etmək, nöqsanları tənqid etmək, vətəndaşları bilgiləndirməkdir. Bunun da öhdəsindən gələn partiyalar var. Elə bizim partiyamızın saytına girib baxa bilərlər ki, biz hansı qanun layihələrini hazırlayıb təkliflərlə çıxış etmişik. Partiya sədri olaraq da mənim bəlkə, gün ərzində 10-15 çıxışlarım olur. Videomüsahibələr, verilişlərdə iştirakım baş tutur. Ölkədəki problemləri dilə gətirərək, onların həlli yollarını göstəririk. Müxalifət budur. O insanlar başqa necə müxalifət axtarırlar, anlaya bilmirəm. Yeri gəlmişkən, belə düşünənlərin sayı da çox deyil".
"Onlar müxalifətçiliyi səhv anlayırlar"

Ana Vətən Partiyasını (AVP) parlamentdə təmsil edən deputat Günay Ağamalının sözlərinə görə, bəziləri elə düşünürlər ki, müxalifət o partiyalardır ki, onlar küçələrdə, meydanlarda mitinq və nümayişləri aparmalı, qarmaqarışıqlıq yaratmalı, cəmiyyətdə qarşıdurmanın təşkilatçısı kimi çıxış etməlidir:

"Bu doğru deyil, Azərbaycanda parlamentdə təmsil olunan və parlamentdənkənar müxalifət partiyaları var. Bu müxalifət partiyaları özlərinin müxalif fikirləri ilə hər zaman gündəlikdədir. Mən onların hər birinin adını qeyd etməyə ehtiyac duymuram. Xüsusilə demək istərdim ki, parlamentdə təmsil olunan, parlamentdən kənarda olan müxalif partiyalar konstruktiv şəkildə Azərbaycanın dövlətçiliyinə xidmət etməkdədirlər. O da etiraf olunmalıdır ki, hazırda iqtidarla müxalifət partiyaları arasında sistemli və ardıcıl xarakter daşıyan sağlam dialoq mühiti mövcuddur. Bununla bağlı ən müxtəlif platformalarda bu özünü ifadə etməkdədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 May 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see142

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see133

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see130

Polis polkovnik leytenantı vəfat etdi

28 İyun 2025 22:16see121

Hizbullah ın bölmə komandanı zərərsizləşdirib

28 İyun 2025 23:23see120

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see118

İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib

28 İyun 2025 23:36see117

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see117

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

29 İyun 2025 00:01see116

“Sığortaya salınsın, insanlar ölür”

29 İyun 2025 00:06see116

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see115

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see115

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see115

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see115

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see115

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see114

Yevlaxda ər arvad qəzaya düşüb, ölən var

29 İyun 2025 09:10see112

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see111

Pakistanda daşqınlar nəticəsində azı 32 nəfər ölüb

29 İyun 2025 02:46see111

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri