Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Azərbaycanda şəhərsalma və bərpa proseslərinə start verilir AÇIQLAMA

Azərbaycanda şəhərsalma və bərpa proseslərinə start verilir AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"2026-nın şəhərsalma və memarlıq ili kimi müəyyən edilməsi bir daha göstərir ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri abadlıq və şəhərsalmadır. Hakimiyyət, şəxsən Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. Buna ciddi ehtiyac da var. Əhali artır, yeni şəhərlər və qəsəbələr salınır".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, xüsusilə, Ağdam bölgəsində bu proses prinsipial xarakter daşıyır:
"İşğalçı qüvvələr orada daşı daş üstə qoymamışdı. Qarabağı son dərəcə ağır və dağıdılmış vəziyyətdə geri aldıq. Buna görə də görüləsi işlərin həcmi böyükdür. Dövlət üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək.
Lakin burada vacib bir məqam var. Təşəbbüslər təkcə yuxarıdan aşağı deyil, aşağıdan yuxarı da gəlməlidir. Prezident, Nazirlər Kabineti, nazirliklər öz funksiyalarını icra edir. Amma insanlar da bu proseslərdə fəal iştirak etməli, yaradıcı potensiallarını ortaya qoymalıdırlar. İnsanların təklifləri cəmiyyətin nə gözlədiyini, şəhər və qəsəbələrini necə görmək istədiyini açıq şəkildə göstərir".
Politoloq qeyd edib ki, artıq Bakıətrafı kəndlərdə bu dəyişikliklər hiss olunur:
"Vəsait ayrılır, Bakı Abadlıq Xidməti fəaliyyət göstərir, genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Eyni proses Qarabağda da əsaslı şəkildə gedir.
Yeni ilin bu adla elan olunması onu göstərir ki, məqsəd yalnız Bakı, Qarabağ və Şərqi Zəngəzurla məhdudlaşmır. Ölkənin bütün bölgələrində şəhərsalma və bərpa proseslərinə start verilməsi nəzərdə tutulur. Çünki xırda yaşayış məntəqələrində, keçidlərdə və kəndlərdə unikal tarixi abidələrimiz mövcuddur.
Bu il ərzində quruculuq və bərpa işlərinə yeni nəfəs vermək mümkündür. Bu, eyni zamanda Azərbaycanın turizm potensialına ciddi töhfə olacaq. Əyalətlər də özünəməxsus şəkildə inkişaf etməlidir. Şəhərsalma və memarlıq yalnız iri şəhərlərlə məhdudlaşmır, kənd və qəsəbələr üçün də eyni dərəcədə əhəmiyyətlidir. Kərkicahan qəsəbəsində Prezidentin iştirakı ilə aparılan genişmiqyaslı işlər bunun bariz nümunəsidir".
Onun sözlərinə görə bu fakt onu göstərir ki, ölkə rəhbərliyi üçün hər bir yaşayış məntəqəsi diqqət mərkəzindədir:
"Əsas məqsəd insanlara rahatlıq və komfortlu mühit yaratmaqdır. Bu işlər kompleks şəkildə aparılmalıdır. Azərbaycan texnoloji suverenliyə iddia edir və xarici asılılıq olmadan inkişaf yolunu seçir.
Burada maliyyə resursları da həlledici əhəmiyyət daşıyır. Prezidentin çıxışlarından görünür ki, bu sahəyə kifayət qədər vəsait ayrılacaq. Memarlar, rəssamlar, tərtibatçılar bu prosesdə fəal iştirak edəcək və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə töhfə verəcəklər".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Dekabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri