Icma.az
close
up
RU
Azərbaycanda şəhərsalma və memarlığın inkişafı elmi müstəvidə təhlil edilib

Azərbaycanda şəhərsalma və memarlığın inkişafı elmi müstəvidə təhlil edilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Azərbaycanda şəhərsalma və memarlığın inkişafı: tarixdən gələcəyə” mövzusunda elmi-praktik konfrans keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd Azərbaycanda şəhərsalma və memarlıq sahəsində əldə edilmiş nailiyyətlərin elmi müstəvidə təhlili, tarixi inkişaf mərhələlərinin araşdırılması və perspektivlərin müzakirəsi olub.

Konfransı açan filialın direktoru dosent Mobil Məcidov ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına diqqət çəkib. Qeyd edib ki, şəhərsalma və memarlıq sahəsinin ölkənin sosial-iqtisadi inkişafında mühüm rolu var. O, ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi dövlət siyasətinin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanın qədim memarlıq ənənələri müasir urbanizasiya prosesləri ilə uzlaşaraq yeni inkişaf mərhələsinə qədəm qoyub.

Konfransın plenar iclasında müxtəlif mövzular üzrə məruzələr dinlənilib.

“Azərbaycan şəhər infrastrukturunun tarixi və müasir xüsusiyyətləri” mövzusunda məruzə edən filialın İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Araz Əliyev Azərbaycanın şəhər infrastrukturunun formalaşma mərhələlərini tarixi aspektdə təhlil edərək sovet dövründən müasir dövrə qədər olan inkişaf dinamikasının elmi izahını verib. Qeyd edib ki, urbanizasiya proseslərinin sürətlənməsi şəhər infrastrukturuna olan tələbatı artırıb, bu isə bir sıra yeni çağırışların yaranmasına səbəb olub.

Filialın Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov “Qarabağ mədəniyyəti və erməni vandalizmi” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Qarabağın zəngin tarixi-mədəni irsindən bəhs edərək bu bölgənin Azərbaycan mədəniyyətində xüsusi yer tutduğunu vurğulayıb.

İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi tarix üzrə fəlsəfə doktoru Anar Kərimli isə “Azərbaycan memarlığında zamanın izləri: qədimdən müasirə” mövzusunda çıxış edərək Azərbaycan memarlığının tarixi inkişaf mərhələlərini geniş şəkildə təhlil edib.

Sonra konfrans öz işini bölmələrdə davam etdirib. Üç bölmə üzrə davam edən konfransda ümumilikdə 78 çıxış dinlənilib. Çıxışlar zamanı iştirakçılar arasında fikir mübadiləsi aparılıb, mövzu ilə bağlı aktual problemlər və onların həlli yolları müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2026 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri