Icma.az
close
up
RU
Azərbaycanda yonca sahələrinin sığortalanmasına başlanılıb

Azərbaycanda yonca sahələrinin sığortalanmasına başlanılıb

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində yonca sahələrinin sığortalanmasına start verilib.

Bu barədə Bakıvaxtı.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, yonca Azərbaycanda ən kütləvi şəkildə əkilən yem bitkisidir. Son məlumatlara görə, ölkəmizdə 87 min nəfərə yaxın fermer tərəfindən 145 min hektar ərazidə yonca əkilir.

Yonca ən çox Qarabağ (37 min hektar), Mil Muğan (36 min hektar) və Mərkəzi Aran (29 min hektar) iqtisadi rayonlarında əkilir. Yem bitkisinin ən çox əkildiyi rayonlar Ağcabədi (14,2 min hektar), Beyləqan (13,5 min hektar), Bərdə (11,5 min hektar), Yevlax (8,7 min hektar) və İmişlidir (8,6 min hektar).

Böyük tələbatın olması və ildə bir neçə dəfə məhsul verməsi yoncanı iqtisadi cəhətdən əlverişli və fermerlər üçün qazanclı bitkiyə çevirib. Bununla yanaşı, yonca təbiət hadisələri, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri kimi hallara qarşı həssas bitki sayılır.

Aqrar Sığorta Fondu yonca bitkisini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələri, dolu, fırtına, qasırğa, normadan artıq qar yağıntıları, sel-subasma, torpaq sürüşməsi, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkəti və sair hadisələrdən sığortalayır.

Yonca sahəsinin sığortası nə vaxt biçilməsindən asııl olmayaraq, il ərzində əkin sahəsindən toplanan bütün məhsulu əhatə edir. Fermer məhsulu bəyan edərkən sahədən gözlənilən məhsulun çəkisini və gözlənilən satış qiymətini qeyd edir. Bununla da əkin sahəsindən fermerin gözlədiyi gəlir məbləği formalaşır. Bu məbləğ və əkin sahəsinin yerləşdiyi region üzrə sığorta tarifi nəzərə alınaraq sığorta haqqı hesablanır.

Qaydalara görə, sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir.

Mil Muğan regionunda 1 hektar yonca sahəsindən 200 sentner məhsul, 1 sentnerin qiyməti 20 AZN proqnozlaşdırılır. Bu halda, 1 hektar sahədən gözlənilən məhsulun ümumi dəyəri 4 000 manat təşkil edir. Region üzrə sığorta tarifinin 1,52 % olduğunu nəzərə alanda, bu yonca sahəsinin sığortalanması üçün ümumi sığorta haqqı 60,8 manat təşkil edir. Həmin məbləğin 50 %-i dövlət tərəfindən ödənilir, nəticədə fermer cəmi 30,4 manat ödəniş etməklə 1 hektar yonca sahəsini sığortalaya bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Avqust 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see494

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see381

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see331

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see304

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see273

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see270

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see267

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see248

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see221

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri