Fuente Yamalın İngiltərəyə qarşı oynamağı üçün şərtini açıqladı
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasında İngiltərə ilə qarşılaşma ərəfəsində Lamin Yamalın əsas heyətdə meydana çıxması məsələsinə aydınlıq gətirib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis “Barselona”nın 19 yaşlı futbolçusunun fiziki vəziyyətindən razı qaldığını, lakin onun ilk dəqiqələrdən oynayıb-oynamayacağına hələ qərar verilmədiyini bildirib.
“Yamalın əsas heyətdə olub-olmayacağını görəcəyik. Əgər oyuna ilk dəqiqələrdən başlasa, bu, onun ideal fiziki vəziyyətdə olması deməkdir. Matçın necə inkişaf edəcəyini əvvəlcədən bilmək mümkün deyil. Hazırda o, tam qaydasındadır. Klubunda məşq edib və yaxşı istirahət imkanı qazanıb”, - deyə De la Fuente vurğulayıb.
Baş məşqçi Yamalın əvvəlki oyunda iştirak etməməsi ətrafında yaranan müzakirələrə də münasibət bildirib. Onun fikrincə, gənc futbolçuya göstərilən böyük diqqət vəziyyətin olduğundan daha mürəkkəb görünməsinə səbəb olur:
“Başa düşməliyik ki, indiyədək Lamin qədər diqqət mərkəzində olan futbolçumuz olmayıb. Amma düşünürəm ki, istənilən başqa oyunçu ilə də eyni qərar verilərdi. Kənarda yaranan səs-küy komandanın daxilində olandan daha çoxdur”.
De la Fuente Mikel Oyarzabalın da İngiltərəyə qarşı oynamağa hazır olduğunu təsdiqləyib. Bununla belə, Alexandro Qrimaldonun səhhətində problem yaranıb.
“Hamının vəziyyəti yaxşıdır. Bu gün məşq edəcəklər və sabah oynamağa hazır olacaqlar. Yeganə istisna Qrimaldodur. Onda qripə bənzər xəstəliyin əlamətləri var və məşqə çıxmayacaq”, - deyə mütəxəssis əlavə edib.
Xatırladaq ki, Yamal səhhətindəki narahatlıq səbəbindən İspaniyanın Çexiyaya 2:0 hesabı ilə qalib gəldiyi əvvəlki qarşılaşmada iştirak etməmişdi. O, daha sonra millinin düşərgəsinə qoşulub.
Qeyd edək ki, İspaniya - İngiltərə görüşü noyabrın 15-də Madriddəki “Metropolitano” stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 Noyabr 2026 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















