Icma.az
close
up
RU
Azərbaycanda süni yağışla bağlı yeni məlumatlar İqlimşünas maraqlı məqamları açdı

Azərbaycanda süni yağışla bağlı yeni məlumatlar İqlimşünas maraqlı məqamları açdı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan 2025–2027-ci illər ərzində süni yağış texnologiyasının inkişafına yönəlmiş mərhələli tədqiqatlara başlayır. Bu təşəbbüs bir tərəfdən innovativ yanaşma kimi qiymətləndirilsə də, digər tərəfdən ictimai müzakirələrdə ciddi suallar doğurub. Sosial şəbəkələrdə və bəzi ekspert dairələrində “təbii yağışla mübarizə apara bilməyənlər indi süni yağışa keçirlər” kimi tənqidi fikirlər səslənir.

Bəs bu yanaşmalar nə dərəcədə əsaslıdır? Ümumiyyətlə, süni yağış nədir, hansı məqsədə xidmət edir və Azərbaycan üçün bu texnologiya həqiqətən də lazımlıdırmı?

Globalinfo.az-a danışan iqlimşünas Məhərrəm Mehdiyev deyib ki, Azərbaycan hələ 2025-2027-ci illərdə süni yağış texnologiyasının inkişafı ilə bağlı mərhələli tədqiqatlar aparmağı planlaşdırır. Onun sözlərinə görə, bu o deməkdir ki, həmin texnologiyanın ölkənin sənayesinə, iqtisadiyyatına və kənd təsərrüfatına təsiri öyrəniləcək:

“Yəqin ki, aparılacaq araşdırmalar nəticəsində bu sistemin müsbət və mənfi tərəfləri müəyyənləşdiriləcək və onun tətbiqinə dair əsaslandırılmış qərar veriləcək. Cəmiyyətdə isə bu təşəbbüs hələ başlamamışdan tənqidlə qarşılanıb. Əfsus ki, bizdə çox zaman hər hansı bir yenilik ortaya çıxan kimi, səbəbini və məqsədini dərindən başa düşmədən tənqidə keçirik. Süni yağış layihəsi də istisna olmadı. Əslində, bu texnologiya bütün ölkə ərazisinə tətbiq ediləcək kütləvi yağış prosesi deyil. Çox güman ki, süni yağıntı lokal, yəni məhdud əraziləri əhatə edəcək və məqsəd konkret sahələrdə – məsələn, su qıtlığı ilə üzləşən kənd təsərrüfatı torpaqlarında vəziyyəti yüngülləşdirmək olacaq. Bu baxımdan yanaşsaq, təşəbbüsə pozitiv qiymət vermək olar”.

M.Mehdiyev deyib ki, əgər bu üsul quraqlıqdan əziyyət çəkən bölgələrdə torpaqların suvarılmasına kömək edəcəksə, fermerlərin işini asanlaşdıracaqsa, niyə də tətbiq olunmasın:

“Son illərdə su çatışmazlığı kənd təsərrüfatında ciddi problemlərə səbəb olub. Fermerlər məhsulun su çatışmazlığı səbəbindən zay olduğunu, torpağa yatırılan investisiyaların geri dönmədiyini deyirlər. Belə bir vəziyyətdə süni yağış texnologiyasının tətbiqi əgər effektiv nəticə verəcəksə, əhəmiyyətli ola bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri