Icma.az
close
up
RU
İqlimşünas alimlər: Qlobal istiləşməni dayandırmaq üçün bəşəriyyətin iki ili qalıb

İqlimşünas alimlər: Qlobal istiləşməni dayandırmaq üçün bəşəriyyətin iki ili qalıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 20 iyun, AZƏRTAC

Alimlər bildiriblər ki, bəşəriyyətin qlobal temperatur artımını 1,5 dərəcə Selsidə saxlamaq üçün cəmi iki ili qalıb. Bu həddi aşmaq fəlakətli nəticələrə gətirib çıxaracaq.

AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, bu qənaət 17 ölkədən 60-dan çox alim qrupu tərəfindən tərtib edilmiş və cümə axşamı “Earth System Science Data” jurnalında dərc olunmuş “Qlobal iqlim dəyişiklikləri göstəriciləri” adlı üçüncü illik hesabatda yer alıb.

Tədqiqat iqlim sisteminin necə dəyişdiyi və insan fəaliyyətlərinin ona necə təsir etdiyi barədə ən son məlumatları təqdim etmək üçün İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) tərəfindən hesabata verilən əsas iqlim göstəricilərinə illik yeniləmələr təqdim edir.

Təhlildə qalan karbon büdcəsi qeyd olunur, yəni, qlobal istiləşmə həddi 1,5 dərəcə Selsidə qaçılmaz olana qədər atmosferə nə qədər CO2 buraxıla bilər. 2020-ci ildə IPCC qalan karbon büdcəsini təxminən 500 giqaton karbon qazı olaraq qiymətləndirib. 2023-cü ilin əvvəlində bu rəqəm iki dəfə azalıb və 2024-cü ilə qədər 200 giqaton oldu ki, bu da hazırkı səviyyələrdə beş illik emissiyaya bərabərdir.

Bununla belə, 1,5 dərəcə Selsi hədəfi üçün qalan karbon büdcəsinin yeni hesablamaları 130 giqaton CO2 təşkil edir ki, bu da cari karbon qazı emissiyaları səviyyəsində cəmi üç il ərzində tükənəcək. Həmçinin 1,6 və ya 1,7 dərəcə Selsi fonunda büdcəni cəmi doqquz il ərzində aşmaq olar.

Tədqiqat müəyyən edib ki, bir il ərzində qlobal temperaturun 1,5 dərəcə Selsi artması Paris Sazişinin pozulduğu anlamına gəlmir. Bunun üçün orta qlobal temperatur onilliklər ərzində həmin həddi keçməlidir, lakin bu, emissiyaların nə qədər uzaq və hansı sürətlə yanlış istiqamətə getdiyini təsdiqləyir.

Tədqiqat vurğulayır ki, istixana qazlarının (karbon qazı, metan və azot oksidi) konsentrasiyaları 2019-cu ildən bəri artıb və Yer kürəsində artan enerji balansının pozulmasına səbəb olub.

Lids Universitetinin Pristli İqlim Gələcəyi Mərkəzinin direktoru və tədqiqatın müəllifi Pirs Forster nuunla bağlı qeyd edib: “Üçüncü illik qlobal iqlim dəyişikliyi göstəriciləri sübut edir ki, istiləşmənin həm səviyyəsi, həm də tempi misilsizdir. Rekord istixana qazları emissiyaları getdikcə daha çoxumuzun iqlim dəyişikliyinə təsirlərin təhlükəli səviyyələrini yaşadığımız anlamına gəlir”.

Grentem İnstitutunun tədqiqat üzrə direktoru və London İmperial Kollecinin (Böyük Britaniya) Ətraf Mühit Siyasəti Mərkəzinin iqlim elmi və siyasəti professoru Coeri Roqelə görə, 1,5 dərəcə Selsi həddində qalma pəncərəsi sürətlə bağlanır. Qlobal istiləşmə artıq dünyada milyardlarla insanın həyatına təsir edir. İstiləşmədə hər kiçik artım vacibdir, çünki bu, daha tez-tez və intensiv ekstremal hava hadisələrinə gətirib çıxarır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri