Icma.az
close
up
RU
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

Bu ilin III rübündə Azərbaycanda istehlak kreditləri, o cümlədən kredit (taksit) kartları üzrə standartlarda sərtləşmə müşahidə olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Kreditləşmə fəaliyyətinə dair sorğu"sunda bildirilib.

Sorğu nəticələrinə əsasən, banklar əməkhaqqı kreditləri üzrə standartlarda yumşalma olduğunu bildiriblər. Respondent banklar cari ilin IV rübündə əməkhaqqı kreditləri üzrə yumşalmanın davam edəcəyini, kredit kartları üzrə standartlarda isə heç bir dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Faiz dərəcələrinin artımı fonunda ümumi istehlak kreditlərinə olan tələbin cüzi azaldığı qeyd olunur. Respondentlərin cavablarına görə, bu azalma əsasən kredit kartları hesabına baş verib. Bununla belə, banklar 2024-cü ilin IV rübündə ümumi istehlak kreditlərinə, xüsusən də kredit kartlarına olan tələbdə artım gözləyirlər.

Sorğunun nəticələrinə görə, istehlak kreditləri üzrə bankların likvidlik mövqeyi və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir göstərib. Standartlardakı dəyişikliklər əsasən faiz dərəcələrinin artması ilə əlaqələndirilib.

III rübün nəticələrinə əsasən, respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta səviyyədə artım müşahidə etdiklərini bildiriblər. Cari ilin əvvəlki rübü ilə müqayisədə III rübdə əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksində heç bir dəyişiklik qeydə alınmayıb.

Qeyd edək ki, 2023-cü ilin noyabrın 1-nə qədər kredit kartları ilə ümumilikdə 822 milyon manat dəyərində 13,959 milyon əməliyyat aparılıb. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 36,1 % və 26,1 % artıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 30 Noyabr 2024 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri