Icma.az
close
up
RU
Hansı bölgələrdə yeni peşə məktəbləri yaradılacaq? AÇIQLAMA

Hansı bölgələrdə yeni peşə məktəbləri yaradılacaq? AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə qeyd edib ki, 21 yeni peşə təhsili müəssisəsinin seçilməsi ilə bağlı işlər görülür.

"Yəni hansı regionlarda, hansı peşə məktəblərinin bu sərəncam çərçivəsində yenilənəcəyi və ya yaradılacağı müəyyən edilir".

Bu qeyd olunanlar qarşıdakı illərə aiddir. Hazırda isə Şuşa, Ağdam, Qubadlı və Kəlbəcərdə işlər aparılır.

Bəs digər hansı bölgələrdə peşə məktəbləri yaradıla bilər?

Bakı şəhəri Suraxanı rayonu V. Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, məktəb idarəetməsi sahəsində 3 kitabın müəllifi və təlimçi, "Azərbaycan Təhsili" maarifləndirici sosial platformasının rəhbəri Aqşin Kazımov Redaktor.az-a bildirdi ki, Azərbaycanda peşə təhsilinin inkişafı son illərdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib:

"Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılması peşə təhsilinə yanaşmanı da dəyişib. Məhz bu baxımdan 21 yeni peşə təhsili müəssisəsinin seçilməsi ilə bağlı aparılan hazırlıq işləri təsadüfi deyil, uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir.

Hazırda Şuşa, Ağdam, Qubadlı və Kəlbəcərdə həyata keçirilən layihələr işğaldan azad olunmuş ərazilərin bərpası ilə yanaşı, həmin regionlarda dayanıqlı məşğulluğun təmin edilməsinə xidmət edir. Bu peşə məktəbləri təkcə təhsil müəssisəsi deyil, eyni zamanda bölgələrin iqtisadi inkişafını sürətləndirəcək insan kapitalı mərkəzləri olacaq".

Həmsöhbətimiz vurğuladı ki, digər bölgələrin seçimi ilə bağlı rəsmi siyahı hələ açıqlanmasa da, bunun müəyyən meyarlar əsasında həyata keçiriləcəyi gözlənilir:

"Burada əsas meyar regionun iqtisadi inkişaf istiqaməti, sənaye və kənd təsərrüfatı potensialı, investisiya layihələrinin həcmi, əhalinin sayı və əmək bazarının ehtiyaclarıdır. Müasir peşə təhsili artıq yalnız ənənəvi peşələrin öyrədilməsi deyil, yüksək texnologiyalar, rəqəmsal bacarıqlar, yaşıl iqtisadiyyat və innovativ istehsal sahələri üçün kadr hazırlığı deməkdir".

Onun fikrincə, növbəti mərhələdə Gəncə–Daşkəsən, Mingəçevir–Yevlax, Lənkəran–Astara, Quba–Xaçmaz, Şəki–Zaqatala, Şirvan–Salyan və Mil-Muğan iqtisadi rayonları yeni peşə təhsili müəssisələrinin yaradılması baxımından ən perspektivli bölgələr sırasındadır:

"Bu regionların hər biri öz iqtisadi xüsusiyyətlərinə uyğun ixtisaslar üzrə peşəkar kadrlara ehtiyac duyur. Məsələn, Gəncə–Daşkəsən bölgəsində sənaye və dağ-mədən sektoru, Lənkəran–Astara və Quba–Xaçmazda aqrar sahə və turizm, Mingəçevir bölgəsində energetika və istehsal, Abşeron və Sumqayıtda isə sənaye, logistika, informasiya texnologiyaları və avtomatlaşdırma istiqamətləri ön plana çıxır.

Bununla yanaşı, gələcəyin peşələrinə xüsusi diqqət ayrılmalıdır. Süni intellekt, robototexnika, kibertəhlükəsizlik, sənaye avtomatlaşdırılması, bərpa olunan enerji, elektrik avtomobillərinin servisi, ağıllı kənd təsərrüfatı texnologiyaları və rəqəmsal istehsalat kimi istiqamətlər üzrə ixtisasların yaradılması Azərbaycanın əmək bazarını gələcəyə hazırlaya bilər. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, peşə təhsili nə qədər çevik və əmək bazarına uyğun qurularsa, gənclərin məşğulluq səviyyəsi də bir o qədər yüksəlir".

Aqşin Kazımov hesab edir ki, peşə məktəblərinin yaradılması prosesində işəgötürənlərin iştirakı daha da genişləndirilməlidir:

"Təhsil proqramları müəssisələrin real ehtiyacları əsasında hazırlanmalı, tələbələrin istehsalat təcrübəsi birbaşa müəssisələrdə təşkil edilməli, məzunların işlə təmin olunması isə əsas göstəricilərdən biri kimi qiymətləndirilməlidir. Bu model Avropa ölkələrində uğurla tətbiq olunan dual peşə təhsili sisteminin əsasını təşkil edir və Azərbaycanda da müsbət nəticələr verir.

Yeni peşə məktəbləri yalnız iri şəhərlərdə deyil, iqtisadi potensialı yüksək olan rayonlarda da yaradılmalıdır. Bu, regionlardan böyük şəhərlərə miqrasiyanın azalmasına, yerli məşğulluğun artmasına və sahibkarlığın inkişafına töhfə verə bilər. Hər bir iqtisadi rayonun öz ixtisaslaşma istiqamətinə uyğun peşə təhsili mərkəzinin fəaliyyət göstərməsi daha səmərəli nəticələr verər.

Ümumilikdə hesab edirəm ki, qarşıdakı illərdə yaradılması nəzərdə tutulan 21 yeni peşə təhsili müəssisəsi Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsi üçün zəruri insan kapitalının formalaşdırılmasına mühüm töhfə verəcək. Əgər bu proses regionların real ehtiyacları, müasir texnologiyalar və əmək bazarının perspektiv tələbləri nəzərə alınmaqla həyata keçirilərsə, peşə təhsili ölkənin ən cəlbedici və effektiv təhsil pillələrindən birinə çevrilə bilər. Bu isə həm gənclərin məşğulluğunu artıracaq, həm də ölkənin rəqabətqabiliyyətli iqtisadiyyatının inkişafına ciddi dəstək verəcək".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyul 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri