Icma.az
close
up
RU
Azərbaycanda tərəvəz istehsalı 1,8, tərəvəz ixracının dəyəri isə 1,2 faiz artıb

Azərbaycanda tərəvəz istehsalı 1,8, tərəvəz ixracının dəyəri isə 1,2 faiz artıb

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cari ildə respublikada tərəvəz məhsullarının istehsalında artım qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, yanvar-oktyabr ayları ərzində təsərrüfatlarda 1,785.6 min ton tərəvəz istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.

Məhsul istehsalının artması ölkədən tərəvəz ixracının həcminin də artmasına müsbət təsir göstərib. 2024-cü ilin 10 ayı ərzində Azərbaycandan xarici bazarlara 175,2 milyon dollar dəyərində tərəvəz ixrac olunub. Yanvar-oktyabr aylarında xarici bazarlara ixracatın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox olub.

Ölkəmizdən xarici bazarlara əsasən, kartof, pomidor və digər tərəvəz məhsulları ixrac edilir.

Respublikada tərəvəz əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş tərəvəz əkinlərinin hər hektarına görə fermerlərə 310 manat subsidiya veriləcək. Müasir suvarma sistemi ilə təmin olunmamış sahələrdə tərəvəz becərən fermerlər isə hər hektara görə dövlətdən 250 manat subsidiya alacaqlar. Bu qərarın qəbulunda məqsəd su resurslarından səmərəli istifadə etmək, təsərrüfatlarda müasir suvarma sistemlərinin tətbiqini genişləndirməkdir.

Qeyd edək ki, təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılması xərclərinin 40 faizini dövlət qarşılayır. Fermerlər 20 faiz ilkin ödəniş etməklə təsərrüfatlarında müasir suvarma sistemi quraşdıra bilərlər. Qalan məbləğin 40 faizi dövlət tərəfindən ödənilir, digər 40 faiz məbləğ isə bank tərəfindən kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizini isə Aqrar Kredit və İnkişaf Agentliyi ödəyir.

Müasir suvarma sistemlərinin quraşdırılmasına dövlət dəstəyi mexanizmi sayəsində təsərrüfatlarda müasir suvarma sistemlərinin tətbiqi artıb. Aqrar Subsidiya Şurasının yeni subsidiya siyasəti bu prosesi daha da genişləndirmiş olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 Noyabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see277

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see182

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see139

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see130

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see128

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see128

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see128

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see125

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see123

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see120

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri