Icma.az
close
up
RU
Azərbaycanda tərəvəz istehsalı 1,8%, tərəvəz ixracının dəyəri 1,2% artıb

Azərbaycanda tərəvəz istehsalı 1,8%, tərəvəz ixracının dəyəri 1,2% artıb

Icma.az, Operativmedia portalına istinadən məlumat verir.

2024-cü ildə respublikada tərəvəz məhsullarının istehsalında artım qeydə alınıb. 
Kənd Təsərrüfatı Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, yanvar-oktyabr ayları ərzində təsərrüfatlarda 1,785.6 min ton tərəvəz istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çoxdur. 
Məlumata görə, məhsul istehsalının artması ölkədən tərəvəz ixracının həcminin də artmasına müsbət təsir göstərib. 2024-cü ilin 10 ayı ərzində Azərbaycandan xarici bazarlara 175,2 milyon dollar dəyərində tərəvəz ixrac olunub. Yanvar-oktyabr aylarında xarici bazarlara ixracatın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çox olub. Ölkəmizdən xarici bazarlara əsasən, kartof, pomidor və digər tərəvəz məhsulları ixrac olunur. Respublikada tərəvəz əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş tərəvəz əkinlərinin hər hektarına görə fermerlərə 310 manat subsidiya veriləcək. 
Müasir suvarma sistemi ilə təmin olunmamış sahələrdə tərəvəz becərən fermerlər isə hər hektara görə dövlətdən 250 manat subsidiya alacaqlar. Bu qərarın qəbulunda məqsəd su resurslarından səmərəli istifadə etmək, təsərrüfatlarda müasir suvarma sistemlərinin tətbiqini genişləndirməkdir. 
Qeyd edək ki, təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılması xərclərinin 40 faizini dövlət qarşılayır. Fermerlər 20 faiz ilkin ödəniş etməklə təsərrüfatlarında müasir suvarma sistemi quraşdıra bilərlər. Qalan məbləğin 40 faizi dövlət tərəfindən ödənilir, digər 40 faiz məbləğ isə bank tərəfindən kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizini isə Aqrar Kredit və İnkişaf Agentliyi ödəyir. 
Müasir suvarma sistemlərinin quraşdırılmasına dövlət dəstəyi mexanizmi sayəsində təsərrüfatlarda müasir suvarma sistemlərinin tətbiqi artıb. Aqrar Subsidiya Şurasının yeni subsidiya siyasəti bu prosesi daha da genişləndirmiş olacaq. 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 25 Noyabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2054

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see233

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri