Icma.az
close
up
RU
Azərbaycanda tərəvəz istehsalı və ixracı nə qədər artıb?

Azərbaycanda tərəvəz istehsalı və ixracı nə qədər artıb?

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024-cü ildə respublikada tərəvəz məhsullarının istehsalında artım qeydə alınıb. Yanvar-oktyabr ayları ərzində təsərrüfatlarda 1,785.6 min ton tərəvəz istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çoxdur. 

Bu barədə  "Unikal"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Bildirilir ki, məhsul istehsalının artması ölkədən tərəvəz ixracının həcminin də artmasına müsbət təsir göstərib.  2024-cü ilin 10 ayı ərzində Azərbaycandan xarici bazarlara 175,2 milyon dollar dəyərində tərəvəz ixrac olunub. 
Yanvar-oktyabr aylarında xarici bazarlara ixracatın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çox olub.  Ölkəmizdən xarici bazarlara əsasən, kartof, pomidor və digər tərəvəz məhsulları ixrac olunur. 
Respublikada tərəvəz əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. 

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş tərəvəz əkinlərinin hər hektarına görə fermerlərə 310 manat subsidiya veriləcək.  Müasir suvarma sistemi ilə təmin olunmamış sahələrdə tərəvəz becərən fermerlər isə hər hektara görə dövlətdən 250 manat subsidiya alacaqlar. 

Bu qərarın qəbulunda məqsəd su resurslarından səmərəli istifadə etmək, təsərrüfatlarda müasir suvarma sistemlərinin tətbiqini genişləndirməkdir. 

Qeyd edək ki, təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılması xərclərinin 40 faizini dövlət qarşılayır. Fermerlər 20 faiz ilkin ödəniş etməklə təsərrüfatlarında müasir suvarma sistemi quraşdıra bilərlər. Qalan məbləğin 40 faizi dövlət tərəfindən ödənilir, digər 40 faiz məbləğ isə bank tərəfindən kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizini isə Aqrar Kredit və İnkişaf Agentliyi ödəyir. 

Müasir suvarma sistemlərinin quraşdırılmasına dövlət dəstəyi mexanizmi sayəsində təsərrüfatlarda müasir suvarma sistemlərinin tətbiqi artıb. Aqrar Subsidiya Şurasının yeni subsidiya siyasəti bu prosesi daha da genişləndirmiş olacaq. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Noyabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri