Icma.az
close
up
RU
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək? KONKRET

Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda həkimlik ixtisası üzrə təhsil müddətinin 6 ildən 5 ilə endirilməsi məsələsi hazırda gündəmdə geniş müzakirə olunmasa da, mövzu zaman-zaman aktuallaşır.

Maraqlıdır, həkimlik ixtisasının təhsil müddətinin 6 ildən 5 ilə endirilməsi mümkündürmü?

KONKRET.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Azərbaycan tibb təhsilinin Qərb standartlarına uyğunlaşdırılması istiqamətində artıq müəyyən addımlar atılıb. Onun sözlərinə görə, bakalavr sisteminin və rezidenturanın tətbiqi, eləcə də tədrisin Qərb təhsil modelinə adaptasiyası bu istiqamətdə görülən işlər sırasındadır.

Professor qeyd edib ki, təhsil müddətinin 6 ildən 5 ilə endirilməsi tamamilə yeni strukturun yaradılması deməkdir:

“Bunun üçün ilk növbədə baza hazırlanmalıdır. Əvvəl nəzəri, sonra isə klinik fənlərin öyrədilməsi sistemi sıxlaşdırılmalı, dərs saatları intensivləşdirilməli və yeni struktur formalaşdırılmalıdır. Əgər belə bir zərurət varsa, universitet daxilində tibb təhsilinin bütün metodologiyasına yenidən baxılmalıdır. Amma düşünürəm ki, bu, o qədər də aktual məsələ deyil”.

A.Qeybulla vurğulayıb ki, əsas diqqət formal dəyişikliklərə deyil, real nəticə verən addımlara yönəldilməlidir.

“Əsas problem tədris üçün yetərli şəraitin yaradılmasıdır. Xüsusilə, tələbələrin klinik bilik və bacarıqlarının artırılması üçün tədris-terapiya və tədris-cərrahiyyə kafedralarında xəstə axınının icbari tibbi sığorta sistemi vasitəsilə təmin olunması vacibdir”.

Professor beynəlxalq təcrübəyə də toxunaraq Almaniya modelini nümunə göstərib. Onun sözlərinə görə, Almaniyada tibb təhsili 6 il 3 ay davam edir. Bu müddətin 2 ili klinikaya qədər nəzəri fənlərə, 3 ili klinik fənlərə, 1 ili isə praktikaya ayrılır. Bundan sonra isə 5-6 il davam edən rezidentura mərhələsi başlayır.

“Beləliklə, Almaniyada bir həkimin tam hazırlanması üçün, rezidentura daxil olmaqla, ümumilikdə 12-13 il vaxt tələb olunur. Azərbaycanda da əsas prioritet tibb təhsilinin keyfiyyətinin artırılması, tələbələrin praktik vərdişlərinin gücləndirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi olmalıdır. Təhsil müddətinin azaldılması isə yalnız kompleks və əsaslandırılmış islahatlar çərçivəsində müzakirə oluna bilər”.
– deyə professor əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Mart 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri