Icma.az
close
up
RU
Azərbaycanda toy biznesi çöküş yaşayır: Nikahlar azalır, ənənələr dəyişir, bazar daralır

Azərbaycanda toy biznesi çöküş yaşayır: Nikahlar azalır, ənənələr dəyişir, bazar daralır

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Son dövrlər Azərbaycanda bir sıra məşhur müğənnilərlə Mədəniyyət Nazirliyi arasında yaranmış qalmaqal fonunda ölkədə toyların sayının kəskin şəkildə aşağı düşməsi faktı diqqəti cəlb edir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycanda nikahların sayında son üç ildə müşahidə olunan azalma tendensiyası toy biznesində özünü daha kəskin formada göstərir.

Rəsmi statistikaya əsasən, 2022-ci ildə ölkədə 61 min 939 nikah qeydə alınmışdısa, 2023-cü ildə bu rəqəm 54 min 200-ə, 2024-cü ildə isə 49 min 508-ə düşüb. Cari ilin ilk 9 ayında isə ölkədə cəmi 36 min 332 nikah rəsmiləşib. Bu rəqəmlər göstərir ki, cəmi iki il ərzində nikahların sayı təxminən 20 faiz azalaraq toy biznesində kəskin durğunluq yaradıb.

Nikahlarla bərabər toyların daha sürətlə azalmasının digər səbəbi son zamanlar evlənən cütlüklərin bir şadlıq mərasimi ilə kifayətlənməsidir. Əgər əvvəlki illərdə ailələr həm qız, həm də oğlan evində ayrı-ayrılıqda toy təşkil edirdilərsə, son illərdə bu praktika xeyli dəyişib. İndi cütlüklərin böyük qismi birgə toy edərək xərci və hazırlıq işlərini yarıya endirməyə çalışır. Bu isə toy biznesində, xüsusilə şadlıq evlərində, musiqi kollektivlərində, foto-video studiyalarında və gəlinlik salonlarında sifarişlərin ümumi sayını azaldır. Restoran sahibləri bildirirlər ki, əvvəl bir ailə iki toy sifarişi verirdisə, indi bu birdən-birə tək tədbirlə əvəz olunur. Beləliklə, toy sayında statistik azalma ilə yanaşı, real bazar həcmi daha da sürətlə daralır.

Oxu.Az-ın əməkdaşının Bakıdakı şadlıq saraylarından birinin inzibatçısı olan Ələddin Şahbazov ilə söhbəti zamanı məlum olub ki, son vaxtlar sünnət toylarının da sayında ciddi azalma var. Şahbazov bildirib: "Əvvəllər, konkret pandemiyadan əvvəl ay ərzində azı 5 sünnət toyumuz olurdusa, indi 1 dənə belə toy olanda sevinirik. Toyların sayı çox azalıb. Bunun səbəbini təkcə əhalinin imkansızlığında deyil, həm də daha qənaətcil olmasında görürəm. Məsələn, əvvəllər toya çağrılan qonaqların sayı orta hesabla 300-400 nəfər olurdusa, faktiki indi 150-250 nəfər arasındadır".

Başqa tərəfdən inkişaf etmiş ölkələrdə evlənməklə bağlı yanaşmaların dəyişməsi Azərbaycandan da yan keçməyib. Belə ki, yeni nəsil arasında nikaha yanaşma dəyişir. Gənclər karyera və təhsilə daha çox önəm verir, nikah yaşını gecikdirir. Boşanma statistikasının yüksək olması da nikaha inamı zəiflədir. Eyni zamanda, yüksək toy xərcləri və Bakı kimi böyük şəhərlərdə mənzil probleminin kəskinləşməsi gənclərin nikah qərarını təxirə salmasının əsas iqtisadi səbəbidir.

Toyların sayının az olması səbəbindən artıq Bakının məşhur şadlıq saraylarının bir-neçəsi profilini dəyişib. Məsələn, Bakının 9-cu mikrorayon ərazisindəki "Leyla" şadlıq sarayı profilini dəyişərək xeyir-şər evinə çevrilib. Nikah sayının azalması və toyların birləşdirilməsi sektorda bir sıra problemləri dərinləşdirib: Şadlıq evləri boş günlərlə üzləşir, bəzi obyektlər qiymətləri endirir və ya banket, korporativ tədbirlər kimi alternativ xidmətlərə yönəlir. Müğənnilərin bazarı daralır, xüsusilə yeni və az tanınan ifaçılar toy sifarişi tapmaqda çətinlik çəkirlər. Foto-video xidmətləri arasında kəskin qiymət rəqabəti yaranıb. Gəlinlik və bəy libası salonları satış dövriyyəsinin azalması səbəbindən daha çox kirayə modelinə üstünlük verməyə başlayıblar. Zərgərlik, mebel və cehiz mağazaları da nikahların azalmasından dolayı ciddi satış problemi ilə üzləşiblər.

Bu faktlar Azərbaycanda toy sənayesinin ciddi bir transformasiya dövründən keçdiyini və iqtisadi-sosial təzyiqlərin bu sektorda çalışan bütün subyektlərə təsir etdiyini göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri