Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ilə bağlı saziş təsdiqlənib
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Prezident İlham Əliyev Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Reyting.az xəbər verir ki, bununla bağlı sənəd bu il iyunun 25-də Cenevrə şəhərində və iyulun 11-də Bakı şəhərində imzalanıb.
Sənəddə Azərbaycan hökumətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təmsil edib.
Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqının tarixində ilk dəfə olaraq Azərbaycanda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı noyabrın 17-dən 28-nə qədər baş tutacaq.

Nazir: Noyabrda Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək AZƏRTAC
15 Yanvar 2025 21:16
Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının tarixi açıqlanıb
10 Mart 2025 12:20
Azərbaycan Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edəcək
07 Oktyabr 2025 12:17
Azərbaycan İTU ilə Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlıq prosesini müzakirə edib
15 Yanvar 2025 20:07
Rəşad Nəbiyev BTİ nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru ilə görüşdü
16 Yanvar 2025 10:13

