Nazir: Noyabrda Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Zavazava ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
"Ölkəmizdə səfərdə olan Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Zavazava ilə görüşdük.
Azərbaycanla qurum arasında əməkdaşlıq məsələlərini müzakirə etdik. Ötən il Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində birgə fəaliyyətimiz və bu ilin noyabrında ölkəmizdə keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlıq prosesi haqqında danışdıq", - deyə nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 15 Yanvar 2025 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















