Icma.az
close
up
RU
Azərbaycanda yaradılan Təmiz Enerji Mərkəzi rəsmi fəaliyyətə başlayıb

Azərbaycanda yaradılan Təmiz Enerji Mərkəzi rəsmi fəaliyyətə başlayıb

Icma.az bildirir, 525.az portalına istinadən.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) İdarə Heyətinin onlayn formatda ilk iclası keçirilib. Bununla da ötən ilin noyabrında COP29 çərçivəsində İƏT və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə birgə Azərbaycanda yaradılan Təmiz Enerji Mərkəzi (CECECO) rəsmi fəaliyyətə başlayıb.

525.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov bildirib ki, Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının vacibliyi İƏT-in 17-ci Zirvə Toplantısının yekun sənədi - Xankəndi Kommunikesində də vurğulanır. Mərkəzi təşkilat və üzv dövlətləri arasında mövcud və potensial enerji tərəfdaşlıqlarını gücləndirməklə, regionda bərpaolunan enerji layihələrinin inkişafını və enerji keçidini dəstəkləyəcək. “Hazırda üç İƏT üzvü - Türkiyə, Qazaxıstan və Özbəkistan ilə “yaşıl enerji dəhliz”lərinin yaradılması üzrə əməkdaşlıq edirik. “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri regional enerji əlaqələrinin və regional elektrik bazarının inkişafını hədəfləyən strateji təşəbbüslərdir. Bu layihələr İƏT regionunda enerji əməkdaşlığını möhkəmləndirəcək, regional enerji şəbəkələrini birləşdirəcək və emissiyaların azaldılmasına nail olmaq üçün vahid strateji platforma yaradacaq”, deyə nazir əlavə edib. Bildirilib ki, ev sahibi ölkə olaraq Azərbaycan ədalətli enerji keçidi üzrə milli, regional və İƏT miqyaslı məqsədlərə töhfə verəcəyinə inanaraq Mərkəzi dəstəkləməyə sadiqdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan Təmiz Enerji Mərkəzinin ev sahibliyini üzərinə götürdüyü üçün Azərbaycana təşəkkürünü çatdırıb. Baş katib bildirib ki, Mərkəzin fəaliyyətə başlaması üçün göstərilən səylər Azərbaycanın regional əməkdaşlığın və karbon emissiyasının azaldılması gündəliyinin irəlilədilməsində qərarlı və fəal rolunun sübutudur. Əminik ki, Mərkəz regional davamlı enerji mərkəzlərinin qlobal şəbəkəsinin güclü komponentinə çevriləcək.

İclasda Təşkilata üzv dövlətlər - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Pakistan və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) təmsil olunub. Ölkələrin “yaşıl enerji” gündəliyini qlobal tendensiyalara uyğun və koordinasiyalı həyata keçirməsi üçün Mərkəzin fəaliyyətində fəal iştirak və dəstək göstəriləcəyi vurğulanıb.

İclas zamanı Mərkəzin Daxili Qaydaları təsdiqlənib və Aysel Yaqubova Təmiz Enerji Mərkəzinin icraçı direktoru təyin edilib. İdarə Heyətinin ikinci iclasının 2026-cı ilin birinci yarısında keçirilməsinə qərar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see158

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see151

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see146

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see133

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see132

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see127

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see126

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri