Azərbaycanda yaşayış binasında yanğın Sakinlər təxliyə edildi
Icma.az, Manset portalına istinadən məlumat yayır.
Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın olub, beş nəfər təxliyə edilib.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində binanın ikinci mərtəbəsində yerləşən elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bir azyaşlı olmaqla ümumilikdə beş nəfər bina sakini təxliyə olunub.
Yanğın nəticəsində elektrik lövhəsində 5 ədəd sayğac və 5 ədəd qoruyucu açar yanıb.
Mənzillər yanğından mühafizə olunub.

Sumqayıtda yaşayış binasında yanğın Sakinlər təxliyə edildi
07 Dekabr 2024 12:55
Yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu
28 Fevral 2025 22:09
Sumqayıtda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi VİDEO
07 Dekabr 2024 12:59
Xırdalanda yaşayış binasında yanğın Sakinlər təxliyə edildi (VİDEO)
03 Dekabr 2024 21:11

