Icma.az
close
up
RU
Azərbaycanda “yaxşı kişi” hesab olunmağın qaydası: İncitdiyi arvadından boşanmamaq

Azərbaycanda “yaxşı kişi” hesab olunmağın qaydası: İncitdiyi arvadından boşanmamaq

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Azərbaycanda kişilərin çox böyük əksəriyyəti həyat yoldaşı ilə problemlər yaşamasına baxmayaraq, boşanmağa müsbət yanaşmırlar”. 

Bu sözləri sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova "Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır" sözlərinə münasibət bildirərkən deyib.

O, bunun səbəblərindən də danışıb:

“Bəzi kişilər sosial statusa görə boşanmaq istəmirlər. Yəni ailələri varsa, “yaxşı kişi” hesab olunacaqlarını düşünürlər. Çünki əksər insanlar ailədəki vəziyyətin necə olmasından və hansı problemləri yaşamasından asılı olmayaraq, görünüş xatirinə evliliyi davam etdirirlər. Həmçinin, bəzi kişilər evliliyə “komfort” kimi baxırlar. Onlar qadınlardan kölə kimi istifadə etmək istəyirlər. 

Yəni qadının evdə oturub qul kimi onun hər işini görməli olduğunu zənn edirlər. Həmçinin, qadının onlardan maddi asılılığından sui-istifadə edən kişilər də boşanmağa müsbət yanaşmırlar. Bəzi kişilər düşünürlər ki, qadın sadəcə uşaqlara baxmalı, yemək bişirməli və ev işlərini görməlidir. Təəssüflər olsun ki, belə psixologiyada olan bəylər kifayət qədər çoxdur”. 

Mütəxəssis qeyd edib ki, kişilərinin əksəriyyətinin ailədən kənar həyatı da olur:

“Yəni elə kişilər evdən kənarda istədiyi həyatı yaşayırlar. Çünki uşaqlar və ev qadının üstündə olduğu üçün rahat olurlar. Təbii ki, bu, kişilərin hamısına aid deyil. Ailəsini yaxşı idarə bilməyən, amma eyni zamanda boşanmaq istəməyən kişilərə aiddir. Elə kişilər düşünürlər ki, həyat yoldaşları onların hər işlərini görməyə məcburdur. Üstəlik, belə kişilər qadınlarına psixoloji təzyiq və hətta fiziki şiddət də göstərirlər. Bundan başqa, “Yaxşı qadın ərini polisə verməz”, “Boşansan yaxşı qadın olmayacaqsan” kimi sözlərlə qadınlarına təzyiq göstərirlər. Təəssüflər olsun ki, cəmiyyət də qadınlara bu cür baxır”. 

İlhamə Mustafayevanın sözlərinə görə, qadınlar daha çox keyfiyyətə, kişilər isə kəmiyyətə əhəmiyyət verirlər:

“Bu, çox önəmli məsələdir. Yəni bir çox kişi üçün ailədə və ya nigahdankənar neçə uşağının olması çox vacib deyil. 

Onlar hətta uşaqlarının sayının çox olması ilə fəxr edirlər. Belə kişilər üçün nəsil artıra bilmək kəmiyyət kimi önəmlidir. Onlar bununla da şüuraltı olaraq özlərini yaxşı və güclü kişi hesab edirlər. Burada da söhbət sağlam təfəkkürə malik olmayan kişilərdən söhbət gedir. Qadın üçün isə keyfiyyət daha vacibdir. Xanımlar uşaqlarını yaxşı böyütmək istəyir, ailədə sevgi və hörmət istəyir”. 

Elmir 
“Cebheinfo.az”

Açar sözlər: Boşanma xəyanət 70% Dövlət Komitəsi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Mart 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see156

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see137

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri