Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Azərbaycanda yeni tarix yazılır

Azərbaycanda yeni tarix yazılır

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumu keçirilir. 

Paytaxtımız ilk dəfə bu foruma ev sahibliyi edib. Prezident İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb: 

“Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir”. 

Beləliklə, türk dövlətlərinin əməkdaşlığına dair daha bir mötəbər tədbir ölkəmizdə keçirilib. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolunun artdığı açıq şəkildə görünür. Bu forumun Bakıda keçirilməsi ilə türk dünyasının yeni tarixi həm də Azərbaycandan başlayır. 

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Bakı bir daha türk dünyası üçün tarixi günlərdən birinə ev sahibliyi etdi: 

“İlk dəfə keçirilən forumda aparılan müzakirələr bir daha göstərdi ki, təşkilata üzv ölkələrin QHT-ləri arasında əməkdaşlıq artıq tarixi bir zərurətə çevrilib. Türk Dövlətləri Təşkilatı sıx inteqrasiya prosesindədir. Ən müxtəlif sahələrdə bu istiqamətdə dinamik proseslər gedir və vətəndaş cəmiyyətlərinin bir araya gəlməsi həm bu prosesləri tamamlayacaq, həm də inteqrasiya dinamikasını gücləndirəcək. 

Çünki insan əlaqələrinin güclənməsində vətəndaş cəmiyyətlərinin rolu əvəzsizdir. Eyni zamanda, bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi bu ölkələrdəki vətəndaş cəmiyyətlərinin özlərini də gücləndirəcək. Müasir dünyada vətəndaş cəmiyyəti artıq yumşaq güc elementlərindən biri kimi çıxış edir və TDT-nin güc mərkəzi olmaq istəyinə vətəndaş cəmiyyətlərinin sıx əməkdaşlığı əməli kömək edəcək. 

Ona görə ki, həm beynəlxalq arenada birgə fəaliyyət daha da intensivləşəcək, həm də birgə layihələrlə ortaq problemlərin həllinə töhfə veriləcək. Təcrübə mübadiləsi, çoxtərəfli əməkdaşlıq həm yeni innovasiyalar yaradacaq, həm də TDT-nin qarşıya qoyduğu məqsədlərə çatmasına xidmət edəcək”. 

Z.İbrahimli vurğulayıb ki, Azərbaycan bu təşəbbüsə imza atmaqla bir daha türk coğrafiyasında inteqrasiya proseslərində lider rolunu qoruyub-saxladığını nümayiş etdirdi: 

“TDT-nin bir çox ambisiyalı layihələri ölkəmizlə, habelə Prezident İlham Əliyevin strateji baxışı və onun liderliyi ilə əlaqəlidir. Aparılan müzakirələrə əsasən demək olar ki, təşkilata üzv, həmçinin müşahidəçi ölkələrin də vətəndaş cəmiyyətləri sırf inteqrasiya layihələrinə tam hazırdırlar. 

Çox yeni ideyalar səsləndi, baxışlar açıqlandı, çox böyük ruh yüksəkliyi ilə bu təkliflər qarşılandı və bir daha aydın göründü ki, hal-hazırda türk coğrafiyasının inteqrasiyasında Azərbaycan mərkəz nöqtəsi kimi çıxış edir və vətəndaş cəmiyyətlərini bir araya gətirən də məhz Bakı oldu. 

TDT-nin QHT-lərinin platforması təsis olunacaq. Bu platformanın təsis olunması təşkilata üzv ölkələrin inteqrasiyası yolunda əhəmiyyətli bir addımdır. Əlaqələr daha da intensivləşəcək və birgə layihələrin hazırlanmasına yeni fürsətlər açılacaq”. 

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə saytımıza açıqlamasında deyib ki, forum türk dünyasını təmsil edən toplumların, vətəndaş cəmiyyəti institutlarının inteqrasiyasına yönəlmiş mühüm addımlardan biridir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Agentliyinin son 5 ildə apardığı məqsədyönlü siyasət nəticəsində türk xalqları arasında mədəni əlaqələr xeyli güclənib. 

Ötən il İraq və Suriya türk toplumlarını təmsil edən QHT-lərin forumu keçirildi. Bu cür tədbirlər mədəni əlaqələri ən inkişafında yeni bir mərhələdir. Vətəndaş cəmiyyəti dövlətin yumşaq gücüdür. Elə məsələlər var ki, bu və ya digər səbəblərdən rəsmi qurumlar onun həllinə birbaşa müdaxilə bilmir”. 

QHT sədri qeyd edib ki, əvvəlcə vətəndaş cəmiyyəti yaxınlaşmalı və toplumlar arasında inteqrasiya güclənməlidir: 

“Son illər türk dövlətləri arasında mədəni, siyasi və iqtisadi birlik meyilləri güclənib. Tərəflər arasında böyük siyasi layihələr həyata keçirilib. Lakin bu birliyin daha dayanıqlı, sabit olması üçün vətəndaş cəmiyyəti fəallıq göstərməlidir. 

Müzakirə olunası və həll ediləsi çoxlu problemlər var. Xəzər dənizində ekoloji problemlər getdikcə artır. Yaxşı olar ki, yaxın gələcəkdə türk dünyası QHT-lərinin Xəzərlə bağlı ayrıca forumu təşkil edilsin. Həmçinin Qarabağən bərpası, Zəngəzur dəhlizinin açılması, 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı nəzərdə tutulan tədbir QHT-lər üçün yeni əməkdaşlıq imkanları yaradır. Fikrimcə, türk dövlətlərinin vətəndaş cəmiyyəti beynəlxalq platformalarda vahid mövqedən çıxış etməlidir". 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Türk Dövlətləri Təşkilatı QHT Forum Bakı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri